Bu gündən bəzi yollar BAĞLANACAQ
02 Oktyabr 2026, 09:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1318
09.02.2026, 14:27
Azərbaycan Ordusunun Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyev üçün özəl gündür.
Oxu24.com xəbər verir ki, bu gün general-polkovnikin 65 yaşı tamam olur.
Məlumat üçün bildirək ki, Kərim Vəliyev 9 fevral 1961-ci ildə Bakıda anadan olub. O, 1982-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib, 1990–1994-cü illərdə isə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.
1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələrində müxtəlif rəhbər vəzifələrdə xidmət edən K.Vəliyev 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində briqada komandiri, hərbi birlik komandiri, müdafiə nazirinin müavini və digər mühüm vəzifələrdə çalışıb. Onun elə əsas xidmət mərhələlərindən biri 1990-cı illərdə Azərbaycanın müdafiə güclərinin yenidən qurulması və təkmilləşdirilməsində aktiv iştirakıdır.
Prezidentin Sərəncamı ilə K.Vəliyev 2021-ci ilin iyulunda müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin təyin edilib.
General-polkovnik Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak edib. 44 günlük Vətən müharibəsində onun hərbi planlaşdırma və komandanlıq fəaliyyəti xüsusi ilə fərqlənib. Bunun nəticəsində Azərbaycan ordusu bir çox istiqamətlərdə mühüm uğurlar əldə edib.
Xidməti dövründə o, “Azərbaycan Bayrağı”, “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də bir çox medallarla təltif olunub.
Kərim Vəliyev həmçinin Xankəndi və Bakıda keçirilən hərbi paradlarda Azərbaycan Ordusuna peşəkar komandanlıq etməklə Silahlı Qüvvələrin döyüş hazırlığını və müasir imkanlarını nümayiş etdirib.
General evlidir, iki övladı var.
Qafqazinfo
09:29 / 02 Oktyabr 2026
1
09:18 / 02 Oktyabr 2026
30
09:14 / 02 Oktyabr 2026
104
09:12 / 02 Oktyabr 2026
35
09:00 / 02 Oktyabr 2026
39
08:59 / 02 Oktyabr 2026
40
08:24 / 02 Oktyabr 2026
179
08:23 / 02 Oktyabr 2026
74
08:21 / 02 Oktyabr 2026
72
02:00 / 02 Oktyabr 2026
105
00:03 / 02 Oktyabr 2026
343
23:54 / 01 Oktyabr 2026
103
23:41 / 01 Oktyabr 2026
163
23:12 / 01 Oktyabr 2026
163
23:00 / 01 Oktyabr 2026
123
22:53 / 01 Oktyabr 2026
113
22:52 / 01 Oktyabr 2026
130
22:50 / 01 Oktyabr 2026
214
22:42 / 01 Oktyabr 2026
95
22:31 / 01 Oktyabr 2026
108
22:24 / 01 Oktyabr 2026
137
22:18 / 01 Oktyabr 2026
277
22:07 / 01 Oktyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.