Mayda hava belə OLACAQ
29 Aprel 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1233
09.02.2026, 14:14
Son illər cəmiyyətimizdə əvvəllər üzləşmədiyimiz insan münasibətləri ilə qaşı-qarşıya qalmışıq. Laqeydlik, aqressiya, zorakılıq, insan həyatına silahlı hücum və sair qeyri-insani münasibətlər cəmiyyətdə artıq adi hala çevrilib.
Bu halların yəqin ki, bir deyil, bir neçə səbəbi var.
Oxu24.com-un sualların fəlsəfə doktoru, sosioloq Mail Yaqub cavablandırıb.
Cəmiyyətdə insanların bir-birinə münasibəti, xüsusilə gənclərin digər yaş kateqoriyasında olan insanlara düzgün qurulmayan münasibəti ailə dəyərlərini göz önünə gətirir. Ailənin güzgüsü olan uşaqlarda bu aqressiya hardandır?
- Bu münasibətlərin başlanğıcında ailə instutunun dağılması dayanır. Ən adi səbəblərdən baş verən boşanmaların artan sayına baxın. Məsələn, xanım həyat yoldaşının gəlirləri ilə razılaşmır, yəni ailədə yaranan sosial tarazlıq, maddiyyətin önəmi, bəzən isə mənəvi uçurum hesab edilən, sosial şəbəkələr üzərindən başlanan xəyanət kimi detallar ailəni dağıdır. Bəli, maddi və bəzən mənəvi-psixoloji səbəblər nəinki ailəni dağıdır, bu tip ailə faciələri isə birbaşa cəmiyyətə də yansıyır.
Bundan əziyyət çəkənlər isə seçim arasında qalmış, travma yaşayan uşaqlardı. Travma yaşayan uşaqların əvvəl öz yaşıdları , qarşısı alınmadıqda isə müxtəlif yaş kateqoriyaları ilə münaqişələri başlayır. Uşaq ailədən götürdüyü travmanı çıxartmaq üçün mütləq bir obyekt seçir. Məsələn nisbətən xoşbəxt , travmasız bir yaşıdını, yaxud, onunla ciddi tonda danışan hər kəsi, qonşunu, müəllimini, nənə -babasını hədəf ala bilir. Beləliklə, ailə institutunun dağılması bir başa cəmiyyətə təhdiddir.
- Sizcə, insanları əxlaqi dəyərlərin gözdən düşməsindən başqa aqressiyaya sürükləyən digər səbəblər də mövcuddurmu?
Həmçinin oxuyun
- Qeyd etdiyimiz kimi , cəmiyyətdə insanların bir- birinə davranışı hədsiz dərəcədə dözümsüzlük ifadə edir. Bunu tək mənəvi-əxlaqi dəyərlərin sıradan çıxması ilə əlaqələndirmək olmaz. Hazırda yer kürəsində bir neçə müharibə ocaqları var və daha dəhşətlisi isə İran - ABŞ arasında gözlənilir. Üstəlik nüvə müharibələrinin , təbii fəlakətlərin qorxunc üzü də insanlar üçün böyük dəhşətlə gözləniləndir. Bu amillər insanların psixologiyasının pozulmasında, aqressiyasında rol oynayır.
Bundan bir neçə gün əvvəl tibb elmləri doktoru, professor, psixoterapevt Araz Əliquliyevlə söhbət edirdik. Araz doktor da bunu təsdiqlədi ki, insanlarda xroniki stress yaradan və nəticədə təşviş və depressiyaya səbəb olan amilələrdən biri negativ xəbərlərdir. Hər gün xəbər saytlarını açırsan, sosial şəbəkələri oxuyursan heyrətdə qalırsan: “Dünyanın axırı çatıb”, “Qiyamət saatı yaxınlaşır” “Dünyanı fəlakətlər gözləyir” və ilaxır mənfi yükü ağır olan xəbərlər ard-arda düzülüdür. Bu insanların xroniki stressə, depressiya salır. Yaşamaq ruhunu "öldürür". Yaşamaq ruhu, pozitivliyini itirmiş insan üçün hadisə törətmk , dava salmaq, kiməsə ağrı-acısını tökmək çox asan olur.
Nəzərə alın ki, insanı haldan salmış sosial problemlərdən sonra psixoloji gərginlik yaradan bu tip xəbərlər cəmiyyətdə necə böyük təşvişə səbəb olur. Hətta sosial problemi olmayan insanlarda bu psixoloji duruma düşürlər. Ümumiyyətlə, insanların içərisində xroniki stresslə yaşaması da təhlükəlidir. Həm səhhətinə, həm də ətrafdakı insanlara!Belə insanların sayı az deyil..
-Bəs, özümüzü necə qoruyaq?
- Maksimum bu tip xəbərləri oxumamaq lazımdır, onlara diqqət ayırmamaq lazımdı. Çünki bu xəbərlərin çoxu insanların diqqətini çəkmək üçündür və sadəcə negativ xəbərlərin oxucusu çox olur. Belə xəbərlərdə dezinformasiya daha çoxdur.
- Məlumat üçün təşəkkür edirik.
Söhbətləşdi: Əntiqə Rəşid
16:15 / 29 Aprel 2026
2
16:09 / 29 Aprel 2026
14
15:55 / 29 Aprel 2026
25
15:50 / 29 Aprel 2026
30
15:48 / 29 Aprel 2026
34
15:38 / 29 Aprel 2026
29
15:37 / 29 Aprel 2026
37
15:33 / 29 Aprel 2026
29
15:30 / 29 Aprel 2026
134
15:19 / 29 Aprel 2026
161
15:10 / 29 Aprel 2026
40
14:59 / 29 Aprel 2026
46
14:55 / 29 Aprel 2026
124
14:47 / 29 Aprel 2026
62
14:42 / 29 Aprel 2026
52
14:40 / 29 Aprel 2026
137
14:34 / 29 Aprel 2026
207
14:04 / 29 Aprel 2026
1238
13:45 / 29 Aprel 2026
62
13:33 / 29 Aprel 2026
48
13:23 / 29 Aprel 2026
54
13:18 / 29 Aprel 2026
606
13:05 / 29 Aprel 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.