Süni intellekt brauzerlərində yaratdığı əsas təhlükə
28 İyul 2026, 22:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1071
09.02.2026, 14:08
Bakıda "İdrak"liseyində şagirdin müəllimi güllələməsi cəmiyyətdə böyük rezonans yaradıb.
Oxu24.com -a bununla bağlı danışan sosioloq Elçin Bayramov hələ illər əvvəl uşaqların, məktəblilərin təlim-tərbiyəsi ilə bağlı “SOS” siqnalı çaldığını dilə gətirib.
"Təssüf ki, son illərdə uşaq aqresivliyinin və uşaq kriminalının sayı artmaqdadır. Bu da onu göstərir ki, ümumiyyətlə, uşaqların tərbiyəsində çox ciddi problemlər yaranıb. Biz cəmiyyət olaraq uşaq tərbiyəsini arxa plana atmışıq.
Uşağın tərbiyəsində iştirak edən 3 amilin hər biri sıradan çıxıb: Ailə, məktəb və ətraf aləm, yəni cəmiyyət: Valideynlər uşaqlarının ətrafda - küçədə, həyətdə hərəkətlərini, əlaqələrini mütləq nəzarətdə saxlamalıdır, kimlərə qoşulur kimlərlə oturub - durur, hansı zərərli təsirlərə məruz qalır – bununla ya qəsdən maraqlanmır ya da , buna vaxt tapa bilmirlər . Dünyanın ən qorxunc bəlası olan narkomaniyanın cənginə düşməməsi üçün uşağın üzərində tam nəzarət olmalıdır !
İkinci bir tərəfdən məktəb funksiyasına gələk :Əvvəllər məktəb uşağın təlim- tərbiyəsi ilə də məşğul olurdu. Amma son dövrlər , çox təəssüf ki, məktəblərdən tərbiyə funksiyası alınıb. Şagird yönümlü təhsil sistemi deyərək, məktəbi yalnız texniki təhsil verən bir yerə çeviriblər və tərbiyə funksiyası tamamilə məktəblərdən, müəllimlərdən alınıb. Nəticədə uşaqlar günlərinin yarısını keçirdiyi məktəbdə tam nəzarətsiz qalırlar. Onların neqativ addımlar atırlar, özbaşına şəkildə istədiyi hərəkətləri edirlər, hətta məktəbə ciblərində bıçaq aparırlar, burada davalar da törədirlər. Amma tənbeh olunmur, qınanmırlar. Cəzalanmayacağını anlayan uşaq əmin olun ki, daha qanlı əməllər törədə biləcək. Buna görə də məktəblərin tərbiyə funksiyası geri qaytarılmalıdır, müəllimlərin səlahiyyəti olmalıdır ki, uşaq üzərində tərbiyəyə nəzarət və tənbeh ixtiyarı olsun.
Sonuncu, üçüncü bir tərəf uşaqların asudə vaxtlarının təşkilidir. Bizim vaxtımızda müxtəlif təyinatlı kurslar,(dil öyrənmə) dərnəklər (tikiş, kulinariya), yaradıcılıq və idman mərkəzləri vardı. Məktəblilər həmin mərkəzlərdə pulsuz şəkildə boş vaxtlarını səmərəli keçirirdilər. Uşağın boş vaxtı qalmırdı ki, zərərli fəaliyyətlərə girişsin. Artıq heç bu tip pulsuz mərkəzlər də yoxdu. Valideynlərin pullu mərkəzlərə imkanı çatmır ki, uşaqlarını ora yönəltsin. Təsəvvür edin ailədə 2 uşağın kursa getməsi üçün ailə ən azı 500 manatından keçməlidir. Odur ki, uşaqların boş vaxtları düzgün təşkil olunmayanda onlar ətraf mühitdən zərərli təsirlərə məruz qalırlar. Hər şeyi pulla alıb -satan cəmiyyət mənəvi dəyərlərini itirdikcə uşaqlar da tərbiyəsizləşir və əxlaqsızlaşır.
Yəni, vaxtlarını küçələrdə keçirilər, yaxud , internetdə uşaqlar üçün uyğun olmayan materialların təsirinə məruz qalırlar.
Xüsusən, bir nüansı diqqətinizə çatdırım: komputerdə uşaqların oynadığı oyunlar həddindən artıq aqressiv, qanlı, qırğınlı, dəhşətli bir oyunlardır. Bu da illərlə, aylarla uşağın beyinini ələ keçirir qırğın, qan, ölüm onun üçün adiləşir , adam öldürmək, cinayət törətmək kimi pis marağın girdabına düşürlər. Beynində aqressivlik formalaşmış uşaqlardan belə qanlı olaylar gözləmək olar.
Gələcəyimizin kriminallaşmaması üçün məktəb, valideyn , ətraf mühit, yəni cəmiyyət uşaqların tərbiyyəsində bir yol çizməli, onları qorumalı və yeri gələndə tənqit, tənbeh etməli, nəzarət etməlidir”-deyə sosioloq bildirib.
Əntiqə Rəşid
00:01 / 29 İyul 2026
3
23:54 / 28 İyul 2026
37
22:39 / 28 İyul 2026
41
22:39 / 28 İyul 2026
59
22:26 / 28 İyul 2026
66
22:20 / 28 İyul 2026
72
21:57 / 28 İyul 2026
63
21:48 / 28 İyul 2026
73
21:26 / 28 İyul 2026
69
21:05 / 28 İyul 2026
75
20:53 / 28 İyul 2026
67
20:26 / 28 İyul 2026
70
20:08 / 28 İyul 2026
70
19:48 / 28 İyul 2026
190
19:44 / 28 İyul 2026
84
19:38 / 28 İyul 2026
445
19:28 / 28 İyul 2026
552
19:24 / 28 İyul 2026
82
19:19 / 28 İyul 2026
148
19:14 / 28 İyul 2026
87
19:12 / 28 İyul 2026
80
18:34 / 28 İyul 2026
89
17:55 / 28 İyul 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.