Bu gündən bəzi yollar BAĞLANACAQ
02 Oktyabr 2026, 09:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4237
08.02.2026, 23:31
Xəbər verdiyimiz kimi, fevralın 6-də Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri təyin olunub. Bu haqda Prezident İlham Əliyev Sərəncam imzalayıb. Təyinatdan sonra sosial şəbəkələrdə və mediada Vüsal Nəsirli haqda müxtəlif məlumatlar yayıldı. Saytlar onun dosyesini verdi. Bəzi iddialarda isə deyilirdi ki, Vüsal Nəsirli general Zakir Nəsirovun oğludur.
Oxu24.com xəbər verir ki,Globalinfo.az-ın araşdırması nəticəsində bu məlumatın yalan olduğu ortaya çıxdı. Saytımıza daxil olan məlumatlarda deyilir ki, Vüsal Nəsirli əslən İmişli rayonundandır. Onun atası Zakir Nəsirov rayonun elektrik şəbəkəsində işləyib. Sadəcə general Zakir Nəsirovla ad-soyadları bənzərdir. Onları bağlayan başqa heç bir qohumluq əlaqəsinin olmadığı deyilir. AAYDA-nin yeni sədrinin sadə, zəhmətkeş ailənin övladı olduğu, bu məqama öz savadı, zəhməti ilə gəldiyi bildirilir.
Bəs general Zakir Nəsirovun öz oğlu kimdir? Harda işləyir? Hansı vəzifəni tutur?
Məlumatda qeyd edilir ki, Zakir Nəsirovun oğlu Seymur Nəsirov DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İmtahan Qeydiyyat İdarəsində (ictimaiyyətdə MERO kimi tanınan qurum-red.) yüksək vəzifə tutur. Polis polkovnik leytenantıdır. O bu vəzifəyə hələ atası həbsdə olanda o vaxtkı daxili işlər naziri Ramil Usubovun əmri ilə təyin olunub. Xatırladaq ki, bu təyinat cəmiyyətdə birmənalı qarşılanmamışdı. Seymur Nəsirov BDYPİ-nin İmtahan Qeydiyyat İdarəsində (“Meyvəli” deyilən yerdə-red.) ölkəyə daxil olan bütün yeni nəqliyyat vasitələrinin ilkin qeydiyyatını həyata keçirən vəzifəli şəxsdir.
Xatırladaq ki, Zakir Nəsirov Daxili İşlər Nazirliyində Baş Cinayət–Axtarış İdarəsinin rəisi vəzifəsini tutub. O, 2005-ci ilin mart ayında keçirilən “Qara kəmər” əməliyyatı zamanı saxlanılmışdı. Z.Nəsirov tabeliyində olan Hacı Məmmədovun cinayət əməllərini bilib, tədbir görməməkdə suçlanırdı. Məhkəmənin hökmü ilə Z.Nəsirova ömürlük həbs cəzası verilmişdi. General 2017-ci ilin aprel ayında həbsdən şərti azadlığa buraxılıb.
09:46 / 02 Oktyabr 2026
13
09:42 / 02 Oktyabr 2026
30
09:41 / 02 Oktyabr 2026
30
09:39 / 02 Oktyabr 2026
33
09:33 / 02 Oktyabr 2026
39
09:29 / 02 Oktyabr 2026
94
09:18 / 02 Oktyabr 2026
48
09:14 / 02 Oktyabr 2026
191
09:12 / 02 Oktyabr 2026
51
09:00 / 02 Oktyabr 2026
53
08:59 / 02 Oktyabr 2026
53
08:24 / 02 Oktyabr 2026
238
08:23 / 02 Oktyabr 2026
78
08:21 / 02 Oktyabr 2026
76
02:00 / 02 Oktyabr 2026
107
00:03 / 02 Oktyabr 2026
360
23:54 / 01 Oktyabr 2026
107
23:41 / 01 Oktyabr 2026
165
23:12 / 01 Oktyabr 2026
167
23:00 / 01 Oktyabr 2026
126
22:53 / 01 Oktyabr 2026
115
22:52 / 01 Oktyabr 2026
132
22:50 / 01 Oktyabr 2026
217
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.