Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
29 İyul 2026, 11:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1222
05.02.2026, 23:44
Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan verilməsi uzun illərdir ənənə halını alıb. Bir neçə ildir yas mərasimlərində bol süfrələrin açılması ciddi şəkildə tənqid edilir. Lakin hələ də yas mərasimlərində dəbdəbəli ehsan süfrələrini tam yığışdırmaq mümkün olmayıb.
Qeyd edək ki, ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə edilən bu məsələ israfçılıq, özünü göstərmə və s. kimi də qiymətləndirilir. Doğrudur, bəzi rayon və kəndlərdə yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb və hamı bir qayda ilə süfrəyə çay, limon, halva və xurma verir. Ancaq bu nümunə bəzi bölgələrdə tətbiq olunur. Bu günlərdə Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsinin ləğv edilməsi haqqında məlumat yayıldı. Yasda, əsasən, təkcə çay süfrəsinə icazə verilir. Yas mərasimlərində təntənəli ehsan süfrələrinin ləğv edilməsi təqdirolunası bir qərardır. Maraqlıdır, bu qərar bütün ölkə üzrə şamil oluna bilərmi?
Oxu24.com xəbər verir ki,məsələ ilə bağlı NOCOMMENT.az-a danışan İlahiyyatçı Ağa Hacıbəyli deyib ki, Azərbaycanda yas mərasimləri ilə bağlı son illər aparılan təbliğatın müsbət nəticələri tədricən özünü göstərir. Müxtəlif rayon və bölgələrdə bu mərasimlərin daha səliqəli, mədəni və israfdan uzaq keçirilməsi ilə bağlı xoş xəbərlər eşidilir:
Qeyd olunur ki, bu məsələnin tam şəkildə həlli yalnız qanunlarla mümkün deyil. Daha çox maarifləndirmə, düzgün izah və mədəni dəvət yolu ilə insanlar bu dəyərləri qəbul etməli və dərk etməlidirlər. Qanun vacib olsa da, insan onu anlayaraq qəbul etdikdə daha düzgün tətbiq edir. Eyni zamanda diqqətə çatdırılır ki, israf problemi təkcə yas mərasimləri ilə məhdudlaşmır. Toy məclislərində baş verən israf çox zaman yas mərasimlərində ediləndən qat-qat artıq olur. Əgər məqsəd doğrudan da israfın qarşısını almaqdırsa, bu məsələyə kompleks yanaşmaq və bütün mərasimləri əhatə edən islahatlara ehtiyac var.
Din xadimlərinin də bu mövzuda düzgün mövqe ortaya qoymasının vacibliyi vurğulanır. Bildirilir ki, Peyğəmbərimizin (s.ə.s) dövründə yas mərasimləri sadə formada, üç gün ərzində keçirilir, əsas diqqət isə yas sahibinə dəstək olmağa yönəlirdi. Zamanla formalaşan bəzi adətlərin bu mahiyyəti dəyişdirdiyi qeyd olunur. Ümid edirik ki, aparılan təbliğat və maarifləndirmə nəticəsində cəmiyyət bu dəyərləri yenidən mənimsəyəcək və yas mərasimləri öz mahiyyətinə uyğun şəkildə keçirilməyə başlayacaq”, – ilahiyyatçı yekunlaşdırıb.
11:40 / 29 İyul 2026
5
11:36 / 29 İyul 2026
1
11:36 / 29 İyul 2026
27
11:30 / 29 İyul 2026
23
11:15 / 29 İyul 2026
28
11:11 / 29 İyul 2026
76
10:53 / 29 İyul 2026
47
10:50 / 29 İyul 2026
50
10:50 / 29 İyul 2026
48
10:48 / 29 İyul 2026
478
10:45 / 29 İyul 2026
54
10:37 / 29 İyul 2026
208
10:35 / 29 İyul 2026
68
10:35 / 29 İyul 2026
54
10:25 / 29 İyul 2026
141
10:17 / 29 İyul 2026
59
10:11 / 29 İyul 2026
63
10:10 / 29 İyul 2026
188
10:04 / 29 İyul 2026
74
09:54 / 29 İyul 2026
57
09:50 / 29 İyul 2026
389
09:43 / 29 İyul 2026
69
09:40 / 29 İyul 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.