Sumqayıtdakı məktəbdə 14 şagird zəhərlənib
02 Oktyabr 2026, 11:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
673
05.02.2026, 14:27
“Son dövrlərdə prokurorluq orqanlarında qulluğa qəbul olmuş gənclərin bir çoxunun kriminalistika sahəsində bilik və bacarıqlarının çox aşağı və ya ümumiyyətlə, olmadığının şahidi oluruq”.
Oxu24.com xəbər verir ki, bu sözləri baş prokuror Kamran Əliyev “LEGIS” Beynəlxalq Hüquq Forumundakı çıxışında deyib.
Kamran Əliyevin sözlərinə görə, ali təhsil müəssisələrində kriminalistika seçmə fənn kimi tədris olunur, tələbələrin bir çoxu həmin fənni seçmir: “Sonradan həmin tələbələr prokurorluq orqanlarında işə qəbul olunduqda, işləməkdə çətinlik çəkirlər. Çünki kriminalistik taktika və texnika barədə məlumatı olmayan şəxsin hər hansı fakt üzrə səmərəli araşdırma aparması mümkün deyil. Rəqəmsallaşma sahəsində çox sürətli inkişafın getdiyi bir dövrdə hüquq fakültəsinin tələbələrinin rəqəmsal savadlılığının artırılmasına da xüsusi diqqət yetirmək lazımdır. Bu gün şəffaf və ədalətli prosedurlar əsasında müsabiqə yolu ilə prokurorluq orqanlarında işləmək hüququ əldə etmiş gənclərin qazandığı uğurlar məhz Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan dövlət gənclər siyasəti nəticəsində mümkün olub”.
Baş prokuror qeyd edib ki, prokurorluq orqanlarında fəaliyyətə başlamaq üçün hər hansı hüquq stajı tələb olunmur: “Bu baxımdan, hüquq fakültəsini bitirəndən sonra qanunvericilikdə nəzərdə tutulan şərtlərə cavab verən hüquqşünaslar keçirilən imtahanlarda iştirak etməklə prokurorluqda qulluğa qəbul oluna bilərlər. Hər il prokurorluq orqanlarında işə qəbul üçün elan edilən 50 vakant yerə təxminən 500-ə yaxın namizəd müraciət edir, bu prokurorluq orqanlarına gənclərin marağının göstəricisidir. 1 yer uğrunda təxminən 10 nəfər mübarizə aparır. Təkcə 2025-ci ildə keçirilmiş imtahanlarda 259-u oğlan, 90-ı qız olmaqla ümumilikdə 349 namizəd iştirak edib və onlardan 51-i müvəffəqiyyət əldə edərək prokurorluq orqanlarına işə qəbul edilib. Bir nəfər istisna edilməklə, qalan namizədlər ölkədəki ali təhsil müəssisələrinin hüquq fakültələrinin məzunları olub”.
11:30 / 02 Oktyabr 2026
14
11:25 / 02 Oktyabr 2026
27
11:19 / 02 Oktyabr 2026
41
11:11 / 02 Oktyabr 2026
48
11:10 / 02 Oktyabr 2026
46
11:05 / 02 Oktyabr 2026
54
11:02 / 02 Oktyabr 2026
121
10:54 / 02 Oktyabr 2026
44
10:51 / 02 Oktyabr 2026
176
10:46 / 02 Oktyabr 2026
49
10:28 / 02 Oktyabr 2026
53
10:10 / 02 Oktyabr 2026
63
10:05 / 02 Oktyabr 2026
59
09:59 / 02 Oktyabr 2026
52
09:53 / 02 Oktyabr 2026
546
09:51 / 02 Oktyabr 2026
120
09:46 / 02 Oktyabr 2026
56
09:42 / 02 Oktyabr 2026
61
09:41 / 02 Oktyabr 2026
55
09:39 / 02 Oktyabr 2026
75
09:33 / 02 Oktyabr 2026
62
09:29 / 02 Oktyabr 2026
181
09:18 / 02 Oktyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.