Sabah Azərbaycanda hava necə olacaq?
05 Fevral 2026, 12:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
291
05.02.2026, 11:22
Qazlı içkilərin, xüsusilə də kolanın sağlamlıq üçün faydalı olmadığı barədə fikirlər geniş yayılıb. Etiketdə göstərilən tərkib isə çox vaxt istehlakçılar üçün anlaşılmaz qalır. Elə buna görə də bir çox insan əsl “Coca-Cola”nın nədən hazırlandığını və onu ev şəraitində hazırlamağın mümkün olub-olmadığı ilə maraqlanır.
Oxu24.com xəbər verir ki, əfsanəvi içkinin tarixi 1886-cı ildə ABŞ-ın Atlanta şəhərində başlayıb.
Aptekçi, Vətəndaş müharibəsinin veteranı Con Pemberton morfinə alternativ axtararkən bitki ekstraktları və şərab əsasında tonik şərbət hazırlayıb. Ştatda “quru qanun” tətbiq edildikdən sonra şərab şəkər şərbəti ilə əvəz olunub və bu gün dünyada ən populyar qazlı içki kimi tanınan məhsulun ilk forması ortaya çıxıb.
Həmin dövrdə içki apteklərdə sinir pozuntuları və baş ağrıları üçün müalicəvi vasitə kimi satılırdı. Daha sonra hüquqları sahibkar Eysa Kendler tərəfindən alınaraq, sonradan bütün dünyaya tanınan şirkətin əsası qoyuldu.
Bu gün bir çoxları koka-kolanın hansı bitkilərdən hazırlandığını bilir. İlkin tərkibdə koka yarpaqları və kola qozu yer alırdı. Zamanla formula dəyişsə də, əsas komponentlərdən biri olan koka yarpağı ekstraktı bu gün də istifadə olunur, lakin artıq alkaloidlərdən tam təmizlənmiş formada. Buna baxmayaraq, içkinin spesifik aptekvari və eyni zamanda təravətləndirici dadını verən əsas məqam uzun illər sirr olaraq qalırdı.
Kimyaçı bloqer bu sirri açmaq üçün bir il ərzində çoxsaylı laboratoriya testləri, o cümlədən kütlə-spektrometriya analizləri aparıb. O, əldə etdiyi nəticələri LabCoatz adlı YouTube kanalında yayımlayıb.
Araşdırma zamanı məlum olub ki, təbii aromatizatorlar adı altında gizlədilən əsas komponent “7X” adlı xüsusi qarışıqdı. Bu qarışıq müxtəlif efir yağlarından - limon və laym, portağal və darçın, muskat qozu və keşniş və əlavə olaraq fenxel və çay ağacı yağından ibarətdir.
Həmçinin oxuyun
Bloqer bildirib ki, ev şəraitində bu içkini hazırlamaq mümkündür, lakin proses sadə deyil. Təkcə inqrediyentlər yox, həm də turşuluq səviyyəsi mühüm rol oynayır. Məhz ortofosfor turşusu içkiyə dildə hiss olunan kəskinliyi verir. Tərkibə həmçinin kofein, vanil və az miqdarda sirkə də daxildir ki, bu da şirinliyi balanslaşdırır və orijinal dad profilini imitasiya edir.
Aparılan kor testlər göstərib ki, laboratoriyada hazırlanan içki dad baxımından zavod istehsalı olan kola ilə demək olar ki, eynidir.
Uzun illərdir ən çox müzakirə olunan mövzulardan biri də koka-kolanın tərkibində həşəratlardan əldə edilən boyanın olub-olmamasıdır. Xüsusilə E120 (karmin) adlı boyanın qurudulmuş koşenil böcəklərindən hazırlandığı iddia edilirdi.
Lakin bloqerin apardığı kimyəvi analiz bu şayiələri təkzib edib. İçkinin tünd rəngi yalnız karamel boyası, yəni şəkər hesabına əldə olunur və tərkibdə heyvan mənşəli heç bir maddə yoxdur.
Beləliklə, onilliklərdir dolaşan şayiələr elmi araşdırmalarla təkzib edilib və dünyanın ən məşhur içkilərindən birinin sirri bir qədər də aydınlaşıb.(lent.az)
12:51 / 05 Fevral 2026
1
12:41 / 05 Fevral 2026
34
12:38 / 05 Fevral 2026
31
12:15 / 05 Fevral 2026
371
12:08 / 05 Fevral 2026
99
12:01 / 05 Fevral 2026
57
11:56 / 05 Fevral 2026
40
11:45 / 05 Fevral 2026
622
11:38 / 05 Fevral 2026
45
11:23 / 05 Fevral 2026
93
11:12 / 05 Fevral 2026
640
11:10 / 05 Fevral 2026
55
11:01 / 05 Fevral 2026
72
10:56 / 05 Fevral 2026
45
10:51 / 05 Fevral 2026
54
10:38 / 05 Fevral 2026
55
10:36 / 05 Fevral 2026
77
09:01 / 05 Fevral 2026
81
08:58 / 05 Fevral 2026
183
08:57 / 05 Fevral 2026
105
00:23 / 05 Fevral 2026
946
00:07 / 05 Fevral 2026
1301
23:58 / 04 Fevral 2026
359
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.