Bakıda binada yanğın - ÖLƏN VAR
29 Aprel 2026, 00:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1203
04.02.2026, 20:31
Məlumatlar yayılıb ki, İranın "Şahid-139" PUA-sı “Abraam Linkoln” aviadaşıyıcısına yaxınlaşırmış. ABŞ hərbçiləri də Ərəbistan dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus aviadaşıyıcıya yaxınlaşan İran pilotsuz uçuş aparatını vurub. Bu xəbərdən sonra ermənilər İran – ABŞ müharibəsinin bütün acısını öz içlərində hiss etməsin.
Oxu24.com xəbər verir ki, siyasi analitik Arman Abovyan erməni internet kanalında həyəcan siqnalı çalıb.
O bildirib ki, bölgədə genişmiqyaslı hərbi əməliyyatların baş vermə ehtimalı yüksəkdir.
"Bu vəziyyətdə Ermənistan hökuməti türklərin dediklərini edəcək. İranda 20 milyon və ya daha çox türkdilli iranlı yaşayır. Təsəvvür edin, bir milyon qaçqın Ermənistana girir, nə edəcəksiniz? Və bu, Azərbaycan və Türkiyə üçün tamamilə faydalıdır. Yaxşı, siz getdiniz, onları qarşıladınız, onları yedizdirdiniz və sonra nə?... Həmin insanlar qaldı. Tutaq ki, vəziyyət yaxşılaşdı, 800.000 geri qayıtdı, qalan 200.000 nəfərlə nə edəcəksiniz ?”- deyə vurğulayıb.
Həmçinin oxuyun
Məsələ ilə bağlı Ermənişünas ailm İsmayıl Tanrıverdi ilə söhbətimizdə o bildirdi ki, ermənilərin bəlkə də ən qorxduqları nüans budur.
"Erməniləri dəhşətə gətirən səbəblərdən biri budur ki, ABŞ -İran arasında müharibə başlayarsa, qonşu,eyni zamanda “qardaş” dedikləri İranın vətəndaşlarına “gəlmə” deyə bilməyəcəklər. Beynəlxalq Konvensiyaların da əleyhinə getmək olmaz. Arman Abovyan siyasi analitik olaraq anlayır ki, iqtisadiyyatı zəif olan Ermənistan qaçqınlar axınına cavab verə bilməyəcək. Kütləvi qaçqın axının tələbatlarını ödəmək hətta normal ölkələrdə böyük bir zərbə hesab olunur.Sığınacaqların təşkil olunması, yemək, geyim, istilik və digər tələbatlar mütləq qaçqınlara vacibdir. Bu isə Ermənistan iqtisadiyyatını çökdürər.Lap tutaq ki, Ermənistan bunun öhdəsindən gəldi. Qaçqın azərbaycanlıların tələbatını təmin etdi. Axı yenə də Beynəlxalq Konvensiyaya görə , həmin qaçqın geri qayıtmamaq, Ermənistandan sığınacaq istəmək hüququ var. Təşəvvür edin, 300 min Qərbi Azərbaycanlının doğma yurduna geri qayıtmasına etiraz edən erməni ictimaiyyəti qəflətən yüzminlərlə azərbaycanlıya ev sahibliyi etməlidir. Erməniləri dəhşətə salan məhz bu amilldir”- deyə ermənişünas alim vurğulayıb.
Əntiqə Rəşid
00:43 / 29 Aprel 2026
8
23:49 / 28 Aprel 2026
19
23:42 / 28 Aprel 2026
37
23:38 / 28 Aprel 2026
46
23:26 / 28 Aprel 2026
118
22:48 / 28 Aprel 2026
59
22:46 / 28 Aprel 2026
93
22:28 / 28 Aprel 2026
133
21:58 / 28 Aprel 2026
58
21:40 / 28 Aprel 2026
74
21:29 / 28 Aprel 2026
93
21:18 / 28 Aprel 2026
70
21:04 / 28 Aprel 2026
93
20:50 / 28 Aprel 2026
92
20:39 / 28 Aprel 2026
99
20:19 / 28 Aprel 2026
83
20:11 / 28 Aprel 2026
144
20:10 / 28 Aprel 2026
77
20:06 / 28 Aprel 2026
60
19:59 / 28 Aprel 2026
77
19:58 / 28 Aprel 2026
79
19:57 / 28 Aprel 2026
66
19:56 / 28 Aprel 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.