Azərbaycanda deputat qəzaya düşdü:Ölən var
14 Noyabr 2026, 08:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
903
04.02.2026, 13:15
Azərbaycanda, xüsusilə Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə edilir.
Oxu24.com-un məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, hazırda Bakı və Abşeron yarımadasında küləyin maksimal sürəti 28 m/s-yə çatır.
Onun sözlərinə görə, hazırda ölkə ərazisində hava şəraiti mürəkkəb sinoptik proseslərin təsiri altında formalaşır:
"Fevralın 3-ü axşam saatlarından başlayaraq şimal-qərb istiqamətindən ölkə ərazisinə daxil olan arktik və Sibir mənşəli soyuq hava kütlələri temperaturun kəskin enməsinə və küləyin güclənməsinə səbəb olub. Eyni zamanda rütubətli Aralıq dənizi siklonunun təsiri ilə buludluluq artıb, yağış, bəzi yerlərdə sulu qar, qar yağması müşahidə olunur. Fərqli xüsusiyyətlərə malik hava kütlələrinin qarşılıqlı təsiri nəticəsində atmosferdə təzyiq qradiyenti yüksəlib, qeyri-sabitlik müşahidə olunur".
Xidmət rəsmisi qeyd edib ki, küləkli hava şəraitinin fevralın 5-i səhərədək davam edəcəyi gözlənilir:
"Fevralın 4-dən 5-nə keçən gecə Abşeron yarımadasının bəzi ərazilərində havanın minimal temperaturun 0 dərəcədən mənfi 2 dərəcəyədək enməsi nəticəsində bəzi yolların buz bağlaması ehtimalı var. Eyni zamanda bölgələrdə də intensiv yağıntılar davam edəcək, əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq".
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.