Azərbaycanda deputat qəzaya düşdü:Ölən var
14 Noyabr 2026, 08:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
986
04.02.2026, 12:08
Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Elxan Allahverdiyev Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə təyin edib.
Oxu24.com-un məlumatına görə, icra başçısı bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, rayon icra başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə Seyfəddin Dəmirli təyin olunub.
O, bu təyinatadək icra hakimiyyətində Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) vəzifəsində çalışıb.
Qeyd edək ki, S.Dəmirli Binəqədi RİH-də 2022-ci ildən bəri işləyir. O, əmək fəaliyyətinə 2018-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı 6 nömrəli Yol İstismarı MMC-nin sahə rəisi kimi başlayıb.
S.Dəmirli vaxtilə bir çox yüksək vəzifələrdə çalışmış – Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin sabiq rəisi və Bakı 6 nömrəli Yol İstismarı MMC-nin sabiq rəisi Allahverdi Dəmirovun oğludur. Mətbuatda A.Dəmirovun keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğlu olduğu barədə məlumatlar dərc olunub.
Məlumat üçün onu da bildirək ki, hazırda Bakı 6 nömrəli Yol İstismarı MMC-yə Allahverdi Dəmirovun digər oğlu Tural Dəmirli rəhbərlik edir. Kommersiya qurumlarının dövlət reyestrində onun adı MMC-nin qanuni təmsilçisi olaraq göstərilir. (İqtisadiyyat.az)
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.