Qaynar xətt:

(+99450) 247 90 86

Ətin qiyməti ilə bağlı YENİ XƏBƏR - Yaxın günlərdə... 

news/2026_02_03/et_1770138618.jpg

CƏMİYYƏT

171

03.02.2026, 21:20

Ət bazarında son günlər müşahidə olunan qiymət enişi alıcıların diqqətini cəlb edib. Maraqlıdır, yaxın günlərdə ət məhsullarında ucuzlaşma davam edə bilərmi?

 Oxu24.com xəbər verir ki , mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dana və quzu ətinin qiymətlərindəki ucuzlaşma əsasən bazarda tələbatın azalması və təklifin artması ilə əlaqədardır.

“ Mövsümi amillər, xüsusilə qış aylarından çıxış dövründə heyvanların kəsimə daha çox çıxarılması qiymətlərə təsir göstərir. Satıcılar alıcı sayının azalması fonunda məhsulu daha tez realizə etmək üçün qiymətləri endirməyə məcbur qalırlar”.

Akif Nəsirlinin fikrincə, hazırkı ucuzlaşma uzunmüddətli xarakter daşımır.

“Adətən belə vəziyyət bir neçə həftə, maksimum bir-iki ay davam edir. Qarşıdan Novruz bayramının gəlməsi ilə ət məhsullarına tələbatın artacağı gözlənilir ki, bu da qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər.

Bununla yanaşı, yem qiymətləri, saxlanma xərcləri və ümumi inflyasiya kimi amillər də bazarda davamlı ucuzlaşmanı mümkünsüz edir”.

Yekunda ekspert vurğulayıb ki, hazırda müşahidə olunan qiymət enişi daha çox müvəqqəti xarakter daşıyır və bazarda canlanma ilə ət qiymətlərinin əvvəlki səviyyəsinə qayıtması ehtimalı yüksəkdir.