Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı
29 İyul 2026, 22:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
528
03.02.2026, 18:35
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib.
Oxu24.com xəbər verir ki, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən görüşdə Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov və İcraçı direktorun müavini Natiq Məmmədli iştirak ediblər.
İclasın gündəliyinə əsasən Medianın İnkişafı Agentliyinin Aparat rəhbəri Rəqsanə Kərimova tərəfindən Agentliyin 2025-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim olunub. Hesabatda media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin və kommunikasiyaya məsul şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, cəmiyyətin media savadlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər, həmçinin Agentlik tərəfindən media sahəsində beynəlxalq əlaqələrin qurulması və inkişafı ilə bağlı görülən işlər, təşkil edilən beynəlxalq tədbirlər barədə ətraflı məlumat verilib. Şura üzvləri tərəfindən nizamnaməyə uyğun olaraq icra edilən layihələrin əhatə dairəsinin daha da genişləndirilməsi üçün yeni təkliflər irəli sürülüb, Agentliyin qarşıdakı dövrdə fəaliyyətinin təşkili üçün prioritet istiqamətlər müəyyənləşdirilib.
Daha sonra Agentliyin Maliyyə və təminat departamentinin direktoru Orxan Hümbətzadə qurumun Nizamnaməsinə uyğun olaraq, bütün fəaliyyət istiqamətləri əhatə edilməklə cari il üçün maliyyə planlaşdırması barədə ətraflı məlumat verib, Şura üzvləri tərəfindən 2026-cı il üçün nəzərdə tutulmuş büdcə çərçivəsində vəsaitlərin bölgüsü məqsədəuyğun və qənaətbəxş hesab edilib.
Bununla yanaşı, müzakirələr zamanı media sahəsinin davamlı inkişafını təmin edəcək strateji layihələrin icrası, innovativ yanaşmaların təşviqi və mövcud resurslardan səmərəli istifadə imkanları geniş müzakirə olunub, bu istiqamətlər üzrə fikir mübadiləsi aparılıb
22:51 / 29 İyul 2026
11
22:34 / 29 İyul 2026
48
22:11 / 29 İyul 2026
55
21:57 / 29 İyul 2026
77
21:12 / 29 İyul 2026
86
20:22 / 29 İyul 2026
67
20:09 / 29 İyul 2026
77
19:41 / 29 İyul 2026
72
19:33 / 29 İyul 2026
85
19:05 / 29 İyul 2026
75
18:57 / 29 İyul 2026
80
18:19 / 29 İyul 2026
80
18:09 / 29 İyul 2026
97
18:05 / 29 İyul 2026
108
17:59 / 29 İyul 2026
88
17:40 / 29 İyul 2026
85
17:20 / 29 İyul 2026
94
17:14 / 29 İyul 2026
93
16:49 / 29 İyul 2026
99
16:26 / 29 İyul 2026
100
16:11 / 29 İyul 2026
97
15:53 / 29 İyul 2026
110
15:39 / 29 İyul 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.