Sürücülərə şad xəbər — Bu cərimələrin pulu qaytarılır
16 Mart 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
552
03.02.2026, 13:01
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra yeni bir məsələ Azərbaycandakı əksəriyyət təşkil edən aborigen olan Türk irqinin milli mənsubiyyəti məsələsi açıq qalırdı. Və bu məsələ hələ də həll edilməyib.
Bildiyimiz kimi Kəşkül qəzeti ilk dəfə "Azərbaycan Milləti" anlayışını irəli sürürdü. Bu anlayış sonralar Azərbaycanlı deyə işlədiləcəkdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, 1936-cı ilədək Türk anlayışı milli mənsubiyyət kimi işlədilməyə başlandı. Lakin, 1937-ci ildə Stalinin əmri ilə Azərbaycan Dili və Azərbaycanlı ifadələri işlədilirdi. Əslində isə daha doğrusu Azər milləti, Azər Dili həqiqətə daha çox yaxındır. Amma ki, Türkiyə xüsusi xidmət orqanlarına cəsus kimi işləyən bəzi insanlarımız Türkçülük yerinə Türkiyəçilik ideologiyası ilə məşğul olurlar. Eramızdan əvvəlki və erkən orta əsrlər dövründəki tariximizdən imtina edilir və aborigen Türk kimliyinin daşıyıcısı olan Azər millətinin guya Səlcuq axınları ilə Azərbaycana köç etdiyi uydurmasını müdafiə edirlər.
Milliyətimiz Azər, Vətənimiz Azərbaycan, kimliyimiz Türk, vətəndaşlığımız isə Azərbaycanlı olmuşdur. Azərbaycan və Azər sözləri mahiyyət etibarilə Türk dillərində açıqlanmaqla yanaşı bu sözləri də fars dilinə yamamaq böyük səhv sayılmalıdır. Əvvəla Aşşur qaynaqlarında Aşquz və ya İşquz adlı bir dövlətdən xəbər verilir. Bunlar Aşquz-Az Oğuz və yaxud İşquz-İç Oğuz kimi anlaşılmalıdır. Az tayfa ittifaqı haqqında bəhs edilmiş sonrakı məlumat Göytürk Xaqanlığı dövrünə aid Bilgə Xaqan adını daşıyan dikili daşlarında məlumat verir. Burada isə Az boyundan bir ərənin Göytürk dövlətinin xeyrinə çaşıdlıq yəni cəsusluq etməsindən söz açır. Az tayfa ittifaqı nəinki Azərbaycanın təməlini qoyan tayfa ittifaqıydı, həm də ki, Norveçə Odinin (Odunun) rəhbərliyi altında köç edən əfsanəvi insanlar idilər. Hətta, Norveçin paytaxtı olan Oslu şəhəri əslində Aslı kimi tələffüz edilə bilər. Aslı adı bir Türk banusunun adı idi. Onun adına "Aslı və Kərəm" adlı dastanda mövcuddur.
Astara və Aztek anlayışlarına birgə gözdən keçirək. As-Tara və Az-Tek olaraq, As-Az sözləri s-z dəyişikliyə uğramasına baxmayaraq, eyni məna verir. As və Tara haqqında bunu bildirməliyəm ki, Tara-Dara-Daryus kimi müxtəlif tələffüzə məruz qalan əsl Türk adı idi. Bu ad da Ağamanişyan-Əhəməni şahının adıdır. Və Hindistandan köçən qaraçı induslarla heç bir dəxliliyi yoxdur. Az və Tek sözlərinə də nəzər yetirək. Az və ya As sözləri yəqin ki, başa düşürük. Tek və Tək eyni leksik məna verən sözlərdir. Azbuka müasir rus dilindəki mənasının əlifba olduğunu bilirik. Bu dildə bir söz də adin yəni ki, bir sözüdür. Görünür ki, rus dili bir neçə inkişaf mərhələsi keçib və ilk mərhələsi də ümumi slavyan xalqının Altay-Ural millətləri və xalqları ilə qaynayıb-qarışmasıyla Uqor-Fin ailəsi ilə Slavyan xalqlarının kəsişməsindən sonra sintetik etnos olan uruz ya da rus etnosu yaranıb. Bu da özünü onun dilində belə əks olunub.
Həmçinin oxuyun
Gördüyünüz kimi Az, Azər və Azərbaycan sözləri daha dərin qatları olan bir etnonim, toponim təbəqələri bol olan sözlərdir. Bizə uydurulan və sırınan Türkçü deyil də Türkiyəçilik ideologiyasına qarşı kəskin dirənməliyik Bu yanaşma olduqca təhlükəli və xəstə təfəkkürün məhsuludur.
22:25 / 16 Mart 2026
135
22:09 / 16 Mart 2026
110
21:59 / 16 Mart 2026
77
21:54 / 16 Mart 2026
319
21:46 / 16 Mart 2026
132
21:39 / 16 Mart 2026
59
21:19 / 16 Mart 2026
140
21:06 / 16 Mart 2026
209
20:51 / 16 Mart 2026
119
20:48 / 16 Mart 2026
264
20:46 / 16 Mart 2026
310
20:42 / 16 Mart 2026
43
20:26 / 16 Mart 2026
92
20:19 / 16 Mart 2026
75
20:05 / 16 Mart 2026
95
19:56 / 16 Mart 2026
79
19:42 / 16 Mart 2026
96
19:35 / 16 Mart 2026
79
19:28 / 16 Mart 2026
95
19:11 / 16 Mart 2026
160
18:59 / 16 Mart 2026
95
18:51 / 16 Mart 2026
76
18:43 / 16 Mart 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.