Azərbaycanda deputat qəzaya düşdü:Ölən var
14 Noyabr 2026, 08:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1907
03.02.2026, 12:13
Şəhid ailələrinə,müharibə qazilərinə Dövlət tərəfindən diqqət və qayğının yüksək səviyyədə olması danılmaz faktdır.Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə möhtəşəm Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonra 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.2025-ci il ərzində bu tədbirlər davam etdirilib.Ötən il ərzində də bu kateqoriyadan olan ailələrə 1000 mənzil verilib.Bu,dəstək tək mənzillə yekunlaşmır.Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumən 7,8 min avtomobil verilib və növbədə dayanan bu kateqoriyaya aid şəxslərin avtomobillə təminatı başa çatdırılıb.
Bu gün həmin şəxslərə verilən mənzillərdə çıxarışların olmaması müəyyən suallara səbəb olub.
Belə olan halda mənzil istifadəçisi evini qanuniləşdirmək üçün hansı qanuni yollara baş vurmalıdır?
Oxu24. com-un sualını hüquqşünas Vüqar Dadaşov cavablandırıb. O bildirib ki, Azərbaycan Respublikasında müharibə iştirakçıları və şəhid ailələri üçün mənzil təminatı dövlətin prioritet vəzifələrindən biridir.
"2014-cü il iyun ayında Prezidentin 569 nömrəli sərəncamı ilə müharibə əlilləri və şəhid ailələri üçün mənzil şəraitinin yaradılması nəzərdə tutulmuş və mənzillər verilməyə başlanmışdır. Lakin 2015-ci ildən istifadəyə verilmiş bir çox mənzillərdə hələ də sənədləşmə və mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı problemlər mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yalnız dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Dövlət qeydiyyatının aparılmaması və ya gecikməsi mülkiyyət hüququnun tanınmamasının bir neçə səbəbi ola bilər. Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumlar tərəfindən "İstismara qəbul aktı" verilmədikdə, Dövlət Reyestr Xidməti çıxarışı rəsmiləşdirə bilmir.
Həmin torpaqların təyinatı ilə bağlı uyğunsuzluq varsa (məsələn, əgər torpaq kənd təsərrüfatı təyinatlıdırsa) əlbəttə ki, həmin ərazidə tikilmiş binada mənzillərə mülkiyyət hüququ tanınması problemlidir. Torpağın təyinatının dəyişdirilməsi isə mərhələli və uzun proses kimi Nazirlər Kabinetinin müvafiq qərarı ilə dəyişdirilə bilər.
Binaların inşa olunduğu torpağın hüquqi vəziyyəti də sənədləşməyə maneə törədə bilər. Sözsüz ki, belə problemin yaranmasına torpağın şəxsi mülkiyyət forması və mülkiyyətçi ilə bağlılığı da mümkündür. Əgər torpaq sahəsi dövlət mülkiyyətindədir, onda onun dövlət mülkiyyətindən çıxarılaraq müvafiq icra qurumlarının və ya nazirliyin balansına verilməyibsə, mənzillərin qeydiyyata alınması prosesi gecikir. Mövcud problemin həlli üçün ilk növbədə ƏƏSMN - nə və ona tabeli qurumlara "Kollektiv müraciət" olunması daha effektiv nəticə verə bilər. Əgər məsələ həll olunmazsa, mənzil sahibləri məhkəməyə həm kollektiv və həm də fərdi şəkildə müraciət etməklə mənzil üzərində mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın (Kupça) verilməsi tələbi irəli sürə bilər”,- deyə Vüqar Dadaşov vurğulayıb.
Əntiqə Rəşid
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.