Leyla Əliyeva Tatyana Valovaya ilə GÖRÜŞDÜ
30 Yanvar 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
106
30.01.2026, 20:58
Azərbaycanın sabiq sənaye-energetika naziri, “AzərKimya” Dövlət Şirkətinin prezidenti və Milli Məclisin III çağırış deputatı olmuş akademik Məcid Kərimov Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.
Oxu24.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, 67 yaşlı akademik pensiyasının azaldılmasından narazıdır.
DSMF tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, Məcid Kərimova deputat fəaliyyəti ilə bağlı 4226 manat pensiya ödənilib. Təkrar hesablamadan sonra isə məlum olub ki, onun deputatlıq fəaliyyəti 5 illik tam səlahiyyət müddətini əhatə etmir. Belə ki, M.Kərimov növbədənkənar seçkilərdə seçildiyindən 4 il 5 ay 16 gün deputat olub.
Buna baxmayaraq, əvvəlki hesablamada səhvə yol verilərək iddiaçıya aylıq 5858 manat köçürülməli olduğu halda, 6631 manat pensiya ödənilib. İndi isə həmin səhv aradan qaldırılaraq artıq ödənilmiş ümumi 4226 manatın iddiaçının pensiyasından tutulmasına qərar verilib.
Eks-nazirin vəkili isə dövlət qurumunun qərarını əsassız sayıb. İddiaçı tərəf hesab edir ki, qanunvericilikdə deputat fəaliyyətinin tam və ya natamam anlayışı mövcud deyil və şəxsin növbədənkənar seçkilərlə deputat seçilməsi onun fəaliyyətinin natamam hesab edilməsi üçün əsas ola bilməz.
Həmçinin oxuyun
Məhkəmə tərəfləri dinlədikdən sonra qərarını açıqlayıb. Pensiyanın yenidən hesablanması və artıq ödənilmiş 4226 manatın büdcəyə geri qaytarılması qanuni hesab edilib.
Qeyd edək ki, Azərbaycanda 2005-ci ildə keçirilən parlament seçkilərinin bəzi nəticələri ləğv edilib, 2006-cı ildə seçki nəticələri ləğv olunmuş seçki dairələrində təkrar parlament seçkiləri keçirilib.
23:49 / 30 Yanvar 2026
6
23:47 / 30 Yanvar 2026
12
23:46 / 30 Yanvar 2026
19
23:32 / 30 Yanvar 2026
22
23:31 / 30 Yanvar 2026
31
23:30 / 30 Yanvar 2026
31
23:27 / 30 Yanvar 2026
24
23:20 / 30 Yanvar 2026
79
23:16 / 30 Yanvar 2026
27
23:15 / 30 Yanvar 2026
83
23:09 / 30 Yanvar 2026
74
23:00 / 30 Yanvar 2026
26
22:56 / 30 Yanvar 2026
32
22:54 / 30 Yanvar 2026
39
22:53 / 30 Yanvar 2026
34
22:47 / 30 Yanvar 2026
54
22:45 / 30 Yanvar 2026
59
22:35 / 30 Yanvar 2026
44
22:29 / 30 Yanvar 2026
52
22:22 / 30 Yanvar 2026
41
22:15 / 30 Yanvar 2026
45
21:59 / 30 Yanvar 2026
51
21:56 / 30 Yanvar 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.