Sumqayıtın deputatından dərsliklərlə bağlı sərt sual - milyonlar hara gedir?
14 Noyabr 2026, 11:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
700
30.01.2026, 10:36
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşı saxlanılıb.
Oxu24.com məlumat verir ki, Salmanov Ceyhun Məzahir oğlu, Məhərrəmov Elşad Məhərrəm oğlu və Əliyev Natiq Eldəniz oğlu tutulub.
Qeyd edək ki, Baş Prokurorluq "Qurtuluş" Reabilitasiya Mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı bir müddət əvvəl məlumat yayıb.
Məlumatda bildirilirdi ki, "Qurtuluş" Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.
Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub. (APA)
11:09 / 14 Noyabr 2026
1
11:00 / 14 Noyabr 2026
50
10:58 / 14 Noyabr 2026
62
10:46 / 14 Noyabr 2026
71
10:36 / 14 Noyabr 2026
69
10:17 / 14 Noyabr 2026
63
09:59 / 14 Noyabr 2026
84
09:46 / 14 Noyabr 2026
93
09:30 / 14 Noyabr 2026
86
09:29 / 14 Noyabr 2026
111
09:23 / 14 Noyabr 2026
107
08:09 / 14 Noyabr 2026
1441
01:15 / 14 Noyabr 2026
166
00:40 / 14 Noyabr 2026
320
00:02 / 14 Noyabr 2026
1239
23:58 / 13 Noyabr 2026
166
23:49 / 13 Noyabr 2026
164
23:40 / 13 Noyabr 2026
176
23:28 / 13 Noyabr 2026
173
23:22 / 13 Noyabr 2026
167
23:17 / 13 Noyabr 2026
440
23:09 / 13 Noyabr 2026
199
23:05 / 13 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.