Ermənilər Azərbaycan şəkərini istəyirlər
27 Yanvar 2026, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1044
27.01.2026, 13:09
Son aylarda açıqlanan rəsmi statistika Azərbaycanın yanacaq bazarında struktur dəyişikliklərinin getdikcə dərinləşdiyini göstərir.
Bir tərəfdən yüksək oktanlı benzin istehsalında ciddi azalma müşahidə olunur, digər tərəfdən isə dizel yanacağının istehsalı sürətlə artır.
Bu ziddiyyətli dinamika cəmiyyətdə əsasən bir sualı aktuallaşdırır: yaxın dövrdə Azərbaycanda benzinin, xüsusilə də “Aİ-95” markalı benzinin qiyməti arta bilərmi?
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə cəmi 13,8 min ton “Aİ-95” markalı avtomobil benzini istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 45 faizdən çox azalma deməkdir. Paralel olaraq, dizel yanacağının istehsalı əks istiqamətdə hərəkət edib. 2025-ci ilin yanvar-noyabr aylarında 2 milyon 329 min tondan artıq dizel yanacağı istehsal olunub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 faizdən çox artım deməkdir. Bu fərq təsadüfi deyil və bir neçə iqtisadi, texnoloji və strateji amillə bağlıdır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikrincə, burada əsas səbəblərdən biri Azərbaycanın neft emalı sənayesinin hələ də tam modernləşdirilməməsidir.
Onun sözlərinə görə, ölkədə dizel yanacağının istehsalı texnoloji baxımdan daha asan və daha ucuz başa gəlir:
“Halbuki “Aİ-95” kimi yüksək oktanlı benzin növləri üçün daha mürəkkəb emal prosesləri tələb olunur. Bu isə istehsal xərclərini artırır və zavodları dizelə üstünlük verməyə vadar edir”.
Həmçinin oxuyun
Akif Nəsirli hesab edir ki, daxili tələbatın əhəmiyyətli hissəsi hələ də dizel yanacağına yönəlib, xüsusilə də yük daşımaları, kənd təsərrüfatı və tikinti sektorunda dizelin payı daha böyükdür:
“Digər mühüm məqam idxaldan asılılıq məsələsidir. “Aİ-95” benzininin istehsalının azalması avtomatik olaraq bu növ yanacaq üzrə idxalın artması riskini yüksəldir. İdxal isə birbaşa olaraq dünya bazarındakı qiymətlərdən və valyuta xərclərindən asılıdır. Əgər daxili istehsal tələbatı ödəmirsə və dünya bazarında neft məhsullarının qiymətində artım baş verərsə, bu, gec-tez daxili bazara da təsir göstərəcək. Xüsusilə “Aİ-95” markalı benzinin qiymətinin sabit qalması uzunmüddətli perspektivdə çətin görünür”.
Ekspertin sözlərinə görə, dizel istehsalının artması hökumətin və enerji sektorunun prioritetlərinin göstəricisidir:
“Dizel həm ixrac potensialına malikdir, həm də daxili iqtisadiyyat üçün strateji əhəmiyyət daşıyır. Benzin isə əsasən minik avtomobilləri ilə bağlıdır və sosial baxımdan həssas məhsul sayılır. Məhz bu səbəbdən dövlət indiyədək benzinin qiymətini inzibati mexanizmlərlə müəyyən qədər nəzarətdə saxlayıb. Lakin bazar reallıqları uzun müddət inzibati qərarlarla ziddiyyət təşkil edə bilməz”.
İqtisadçı bildirib ki, əgər neft emalı zavodlarının modernləşdirilməsi sürətlənməzsə və “Aİ-95” istehsalı artırılmasa, hökumətin qarşısında iki seçim qalacaq: ya idxalı genişləndirmək və büdcədən əlavə subsidiyalar ayırmaq, ya da qiymət artımına getmək:
“Birinci variant büdcə üçün əlavə yük yaradır, ikinci variant isə sosial narazılıq riskini artırır. Buna görə də yaxın aylarda kəskin qiymət artımı ehtimalı yüksək olmasa da, orta müddətli dövrdə, xüsusilə dünya bazarlarında qiymət dalğalanmaları fonunda benzinin bahalaşması real ssenari kimi dəyərləndirilə bilər”.
15:08 / 27 Yanvar 2026
1
15:03 / 27 Yanvar 2026
11
14:58 / 27 Yanvar 2026
24
14:56 / 27 Yanvar 2026
23
14:49 / 27 Yanvar 2026
37
14:42 / 27 Yanvar 2026
90
14:15 / 27 Yanvar 2026
40
13:58 / 27 Yanvar 2026
562
13:49 / 27 Yanvar 2026
75
13:43 / 27 Yanvar 2026
137
13:38 / 27 Yanvar 2026
68
13:32 / 27 Yanvar 2026
57
13:21 / 27 Yanvar 2026
296
13:03 / 27 Yanvar 2026
69
12:56 / 27 Yanvar 2026
536
12:48 / 27 Yanvar 2026
88
12:40 / 27 Yanvar 2026
58
12:23 / 27 Yanvar 2026
341
12:07 / 27 Yanvar 2026
267
12:00 / 27 Yanvar 2026
86
11:45 / 27 Yanvar 2026
1091
11:30 / 27 Yanvar 2026
109
11:18 / 27 Yanvar 2026
297
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.