Ana südü autizmə səbəb olur? – Valideynləri narahat edən iddiaya CAVAB
14 Noyabr 2026, 13:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1183
26.01.2026, 16:15
Daşaltı əməliyyatının bu gün ildönümüdür və şəhidlərimizi ehtiramla xatırlamaqdan başqa işğalçı düşməni də lənətləməliyik.
Oxu24.com bu gün sizə 2 işğalçıdan ata və oğul ermənidən danışacaq.
Əvvəlcə qeyd edək ki, Daşaltı qədim yurd yerimizdir. Hələ 22 avqust 1795-ci ildə Ağa Məhəmməd xanın qoşunlarına vuruşan igidləri ilə məşhur olub.
Bir gün şahın silahlı ordusu gözlənilmədən kəndə girərək hər kəsi qılıncdan keçirir.
Qurtulanlar baş götürüb o kənddən uzaqlaşırlar. Beləcə kən boş qalır. 1828-ci ildə Rusiya imperiyasının birbaşa təşkilatçılığı ilə Qarabağa köçən ermənilər burda - Daşaltıda özlərinə məskən saldılar.
Rus çinovnikləri bu kəndə ən çox Rusiya- İran müharibəsində İranlılara qarşı döyüşən, iranlıların məğlubiyyətində fəaliyyət göstərən erməniləri köçürməklə onları mükafatlandırırlar.
1948-ci ildə Şuşa Daşaltı kəndində Vağarşak Aruşanyan adlı bir erməni doğulur.
Elə doğulan gündən ölən günə qədər türkə nifrətini qəlbində heç vaxt saxlamır.
1988-ci ildə könüllü silahlı dəstə yaradır və o dəstənin başçısı olur. Həmin dəstənin sayəsində tez-tez Azərbaycan kəndlərinə hücumlar düşənləyib.Karintakın özünümüdafiəsində və Nəbilər kəndində (Şuşa rayonu) yerləşən düşmən atəş nöqtələrinin məhv edilməsində iştirak etmişdir. Bu dəstə dəfələrlə Nəbilərə hücum edib, qan töküb. Amansızlığına və türkə nifrətinə görə vaxtı ilə qondarma artsaxın – DQR-nın saxta deputatı da olub.
Nəhayət, Azərbaycan ordusu bu terrorçunu 34 ilin bu günü- 1992-ci ilin 26 yanvarında güllələdilər.
Düz 28 il onun gənc oğlu, 1976-cı ildə doğulmuş Mxitar Aruşanyan atasının qisasını almaq üçün terror dəstələrinə qoşuldu. 14 il Daşaltı icmasının rəhbəri olmuş Mxitar qisas alacağı ilə bağlı bəyanatlar söylədi, xalqımızı təhqir etdi, söydü. 2020-ci ildə müharibəyə könüllü getdi.
44 günlük müharibədə isə mükəmməl qələbəyə imza atan Azərbaycan ordusu Mxitarı atası ilə Vağarşakla əbədi qovuşdurdu.
Başqasının vətənində oturub, «bura bizimdir» deyən bütün işğalçı düşüncəlilərin hər birinin son aqibəti belə olacaq.
Əntiqə Rəşid
13:03 / 14 Noyabr 2026
1
12:49 / 14 Noyabr 2026
48
12:25 / 14 Noyabr 2026
74
12:09 / 14 Noyabr 2026
94
11:58 / 14 Noyabr 2026
93
11:50 / 14 Noyabr 2026
78
11:39 / 14 Noyabr 2026
82
11:32 / 14 Noyabr 2026
91
11:19 / 14 Noyabr 2026
99
11:09 / 14 Noyabr 2026
98
11:00 / 14 Noyabr 2026
114
10:58 / 14 Noyabr 2026
104
10:46 / 14 Noyabr 2026
111
10:36 / 14 Noyabr 2026
105
10:17 / 14 Noyabr 2026
94
09:59 / 14 Noyabr 2026
114
09:46 / 14 Noyabr 2026
122
09:30 / 14 Noyabr 2026
111
09:29 / 14 Noyabr 2026
137
09:23 / 14 Noyabr 2026
251
08:09 / 14 Noyabr 2026
1723
01:15 / 14 Noyabr 2026
201
00:40 / 14 Noyabr 2026
362
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.