Müəllim və şagirdləri faciəli şəkildə ÖLDÜLƏR
14 Noyabr 2026, 13:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1276
26.01.2026, 11:09
Ermənistan Milli Məclisinin "Ermənistan" fraksiyasının deputatı Mher Melkonyan sosial şəbəkə hesabında paylaşım edib.
Oxu24.com xəbər verir ki, erməni deputat Azərbaycan Ordusunun 34 il əvvəl keçirdiyi “Daşaltı əməliyyatı”nı ermənilərin “qəhrəmanlığı” kimi xarakterizə edib.
O bildirib ki, ermənilər burda "böyük uğur" qazanıb:” 1992-ci il 26 yanvar tariximizdə Karintak(Daşaltı) qəhrəmanlıq döyüşü günü kimi saxlanılıb. Azərbaycan isə biabırçı və alçaldıcı məğlubiyyətdən sonra Karintakı "qanlı qaya" adlandırıb.”
Əslində erməni deputat hardasa haqlıdır. Amma deputat onu da vurğulamalıydı ki, bu əməliyyatın ermənilərin xeyrinə nəticələnməsində erməni silahlı qüvvələrinin yox, xaricdən gətirilmiş ermənilərə məxsus terror qruplaşmalarının, muzdlu quldurların, Rusiyanın dişinə qədər silahlanmış ordusunun rolu böyükdür. Ordumuzun hərəkət kordinantlarını ermənilərə ötürən rusbaş xainlərin də rolunu bura əlavə etsək , qandan qorxan ermənilərin “qələbəsi”nin sirri tam ortaya çıxar.
34 il keçib, hələ də ictimaiyyətə, xəyanət nəticəsində öldürülmüş, şəhid edilmiş 90 igidimizin yaxınlarına qaranlıq qalıb ki, bu xəyanətin səbəbkarı konkret olaraq kimdir.
1 günün ərzində Azərbaycan ordusunun 90 əsgər və zabitinin düşmənin mühasirəsinə salınıb məhv edilməsi ordumuzun eləcə də, xalqımızın qələbəyə və silahlı qüvvələrə güvənin qırılması idi. 1 gün ərzində 90 döyüşçünün xəyanət nəticəsində məhv edilməsi Ordumuz tarixində ilk böyük məğlubiyyət idi.
Amma tam 28 ildən sonra qüdrətli Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında ilanlar yuvası adlanan, terrorçular məskəni kimi yaddaşlara yazılan Daşaltını işğaldan azad etdilər.
Azərbaycan dövləti terrorçu, separatçı, xain tdəstələrin nəfəsini kəsdiyi Daşaltıda şəhid olmuş 90 hərbiçimizin şərəfinə orada böyük bir məscid tikdirib. Bu məscid əslində şəhidlərimizin Ruhuna böyük ehtiramın mücəssəməsidir.
2025-ci il mayın 9-da məscidin təntənəli açılışı olub. Bunun da bir rəmzi mənası var. Ermənilər 1992-ci il 8 mayda Şuşanı işğal edəndən sonra hər il 9 mayda qələbə bayramı keçirirdilər. Daşaltı əməliyyatını ermənilər “müharibədə Kursk qövsü” adlandırırdılar. Ali Baş komandanın Daşaltıda məscidin açılışını 9 maya salması , əslində “qəhrəman” ermənilərə mükəmməl bir cavab idi.
Xatırladaq ki, məscid Qarabağ memarlıq ənənələrinə uyğun şəkildə kəndin mərkəzində inşa edilib. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər ağa məscidinin minarələrinin formasından istifadə olunub.
Ümumi sahəsi 822 kvadrat metr olan ikimərtəbəli məscidin ibadət zalı 150-dən çox nəfərin eyni vaxtda ibadət etməsinə imkan verir. Burada dəstəmaz otaqları, sanitar qovşaqlar, imam otağı, icma zalı, işçi otağı və xüsusi yardımçı sahələr kimi əlavə məkanlar mövcuddur.
Onu da deməyi özümüzə borc bilirəm, Qarabağda tikilən hər bina, Qarabağa köç edən hər sakin ermənilərin qəlbinə vurulan yaradır. Bunu onların sosial şəbəkə paylaşımından anlamaq asandır.
Son olaraq: Daşaltı döyüşlərində cəsurluğu, igidliyi ilə döyüş dostlarından geri qalmayan , yaxın qonşum, Məhərrəm Abbas oğlu Abbasov da iştirak edib. Həmkəndlim, Ağdam rayon Qərvənd kənd sakini ,Daşaltıda şəhid olan Məhərrəm Abbasovun tam 31 il idən sonra -2023-cü ilin avqustunda meyitinin qalıqları Bakının Nizami rayonunun Keşlə qəsəbəsində Şəhidlər xiyabanında dəfn olundu.
Məhərrəmin simasında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Əntiqə Rəşid
13:50 / 14 Noyabr 2026
1
13:48 / 14 Noyabr 2026
15
13:16 / 14 Noyabr 2026
16
13:03 / 14 Noyabr 2026
58
12:49 / 14 Noyabr 2026
82
12:25 / 14 Noyabr 2026
91
12:09 / 14 Noyabr 2026
108
11:58 / 14 Noyabr 2026
108
11:50 / 14 Noyabr 2026
90
11:39 / 14 Noyabr 2026
92
11:32 / 14 Noyabr 2026
103
11:19 / 14 Noyabr 2026
109
11:09 / 14 Noyabr 2026
107
11:00 / 14 Noyabr 2026
123
10:58 / 14 Noyabr 2026
114
10:46 / 14 Noyabr 2026
121
10:36 / 14 Noyabr 2026
113
10:17 / 14 Noyabr 2026
103
09:59 / 14 Noyabr 2026
123
09:46 / 14 Noyabr 2026
130
09:30 / 14 Noyabr 2026
119
09:29 / 14 Noyabr 2026
146
09:23 / 14 Noyabr 2026
302
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.