Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
07 Mart 2026, 10:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
572
25.01.2026, 14:18
Millət vəkili Səyyad Aranın məsələyə yanaşması stilistika baxımından doğrudur. Bütün sahəvi işlətmələr üçün Azərbaycan sözünün qısaldılmış forması kimi "Azər" işlədilirsə, bu, "Azəriqaz"a da şamil olunmalıdır. Ancaq Səyyad müəllim bilməmiş deyil ki, siyasi, elmi və bədii mətnlərimizdə "azəri" sözü də ayrı-ayrı müəlliflər tərəfindən dəfələrlə işlədilmiş, hətta xalq şairi Rəsul Rza ötən əsrin 70-ci illərində "Azəri Sovet Ensiklopediyası" nəşr etməyə də qərar vermişdi. Lakin bu cəhd yarımçıq qalmış və onu ensiklopediyanın I cildini alayarımçıq buraxmaqla baş redaktorluqdan uzaqlaşdırmışdılar.
Oxu24.com xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa qeyd edib.
Millət vəkilinin sözlərinə görə, sonralar "azər xalqı", "azəri dili" kimi başlıqlar altında elmi-etnoqrafik nəşrlər də peyda olub:
“Ancaq nə "azər", nə də "azəri" xalqı və dilinin elmi baxımdan bizim Azərbaycanla əlaqəsi sübuta yetirilməmişdir. Kimin işlətməyindən asılı olmayaraq, “azəri” termininin ağlabatan elmi izahı yoxdur. Azərbaycan sadəcə tarixi-coğrafi ərazinin adıdır və onun da fərqli izahları günümüzə qədər verildiyinə görə təkrarlamağa lüzum görmürəm.
İlk Böyük Sovet Ensiklopediyasının I cildində (1925) dilimiz "Azərbaycan dili" və ya "azəri dili" adlandırılsa da, mənşəcə türk dilləri qrupuna aid edilir. Kiçik Sovet Ensiklopediyasının I cildində (1928) isə bizi "Azərbaycan türkləri", "Azərbaycan tatarları", yaxud "azərbaycanlılar" adlandırırlar, ancaq bizi türk-səlcuqların bu ərazini işğalı nəticəsində formalaşan xalq kimi göstərirlər.
Həmçinin oxuyun
Ağlabatan versiya isə budur: Azərbaycan ərazinin adıdır, bu da İran və Rusiya türk aydınları arasında zaman-zaman mübahisə predmeti olub. Birincilər bu adın ancaq İran ərazisində olan Azərbaycanı ehtiva etdiyini, quzeyin isə tarixən Arran (Alban) adlandırıldığını yazırdılar. İkincilər isə bu adı vahid etnosun yaşadığı məkan olaraq görürdülər. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda bu cür adın seçilməsinə ən çox İranda yaşayan türk aydınlar etiraz etmişdilər.
"Azərbaycan xalqı" və "Azərbaycan dili" siyasi terminlərdir. Stalinist siyasətin nəticəsinə "türk" və ya "Azərbaycan türkü" adının dəvşirmə formasıdır. Əslində "Azərbaycan" adlı bu siyasi vahidin içində böyük çoxluğu türklər təşkil etməklə, ərazidə yaşayan bütün böyüklü-kiçikli xalqlar “azərbaycanlı” adlandırılmaqdadır. Azər xalqı və ya azəri xalqı və dili haqqında ciddi elmi bilgilər olmasa da, qədim Azərbaycan ərazisində yaşamış etnik elementlərdən birinə aid olması mümkündür. Bütün hallarda bu tanıtımın biz türklərə aidliyi yoxdur və illərdir süni konstruksiya ilə bunu sübut etməyə çalışanlar hansısa ciddi elmi nəticə ortaya qoya bilməyiblər. Azərbaycan dili isə təmiz türk dilidir və ya türk dilinin mühüm qollarından biridir və əslində bu ad da elmi deyil, siyasi yanaşmanın məhsuludur.
"Azərbaycan xalqı" deyəndə mütləq çoxluğu türklərin təşkil etdiyi bütün etnik mozaikanın içinə alan siyasi bir təşəkkül başa düşülür. "Azərbaycan dili" deyəndə isə Azərbaycan xalqının rəsmi dövlət dili olan türk dili və ya türk dillərinin mühüm qolu nəzərdə tutulur. Açıq ifadə etsək, əslində indiki müstəqillik dönəmimizdə biz siyasi təşəkkülümüzün sabitliyi və dövlətimizin bütövlüyü üçün etnik mənsubiyyəti siyasi kimliklə uzlaşdırmağa loyal yanaşmışıq”.
10:03 / 07 Mart 2026
270
09:57 / 07 Mart 2026
27
09:55 / 07 Mart 2026
24
09:54 / 07 Mart 2026
58
09:52 / 07 Mart 2026
34
00:59 / 07 Mart 2026
191
00:53 / 07 Mart 2026
233
00:40 / 07 Mart 2026
403
00:13 / 07 Mart 2026
141
23:58 / 06 Mart 2026
158
23:46 / 06 Mart 2026
197
23:28 / 06 Mart 2026
1300
23:28 / 06 Mart 2026
264
23:22 / 06 Mart 2026
155
23:21 / 06 Mart 2026
2348
23:20 / 06 Mart 2026
160
22:57 / 06 Mart 2026
234
22:25 / 06 Mart 2026
246
21:57 / 06 Mart 2026
357
21:54 / 06 Mart 2026
107
21:49 / 06 Mart 2026
499
21:47 / 06 Mart 2026
145
21:44 / 06 Mart 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.