Süni intellekt müharibənin qaydalarını dəyişir
14 Noyabr 2026, 14:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3016
24.01.2026, 18:25
Əhalinin son günlər müşahidə etdiyi mülayim hava şəraiti cəmiyyətdə haqlı suallar doğurur. Qış mövsümünün ortasında temperaturun normadan yuxarı olması təkcə gündəlik həyat ritminə deyil, kənd təsərrüfatına, ekosistemə və iqtisadi gözləntilərə də təsirsiz ötüşmür.
Sinoptik müşahidələr, uzunmüddətli proqnozlar və iqlim tendensiyaları fonunda hazırkı mülayim havaların yazın erkən gəlişi ilə əlaqəsi olub-olmaması isə xüsusi diqqət tələb edən mövzu olaraq qalır.
Bəs, bu istilik yazın bu il daha tez gələcəyindən xəbər verirmi?
Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, qış aylarında müşahidə olunan mülayim hava çox vaxt sinoptik (qısamüddətli) proseslərlə (cənubdan isti hava axınları, siklon–antisiklonların müvəqqəti mövqeyi, temperatur inversiyaları və digər amillərlə əlaqədar olur.
Cavid Hüseynov
“Yazın həqiqətən erkən gələcəyini demək üçün ən azı fevralın sonu – martın əvvəlinə qədər atmosfer proseslərinin davranışı izlənməlidir. Yazın erkən gəlməsi isə yalnız bir-iki həftəlik mülayimliklə yox, daha dayanıqlı meyarlarla qiymətləndirilir: Məsələn, orta sutkalıq temperaturun uzunmüddətli normadan davamlı yüksək olması, soyuq hava dalğalarının (arktik müdaxilələrin) zəifləməsi, torpaq temperaturunun stabil artımı, atmosfer sirkulyasiyasının yaz tipinə keçidi və s”.
Ekspert vurğulayır ki, son illərdə qlobal istiləşmə səbəbindən də fəsillər arasındakı keçidlərin kəskinliyi azalıb.
“Artıq qış aylarında belə havada 15-20°C dərəcə istilik görmək qeyri-adi deyil. Lakin bu, stabil bir yaz havası sayılmır, sadəcə keçici bir dalğadır”.
14:44 / 14 Noyabr 2026
24
14:31 / 14 Noyabr 2026
49
14:24 / 14 Noyabr 2026
90
14:19 / 14 Noyabr 2026
71
14:15 / 14 Noyabr 2026
69
14:09 / 14 Noyabr 2026
163
13:50 / 14 Noyabr 2026
1243
13:48 / 14 Noyabr 2026
102
13:16 / 14 Noyabr 2026
99
13:03 / 14 Noyabr 2026
97
12:49 / 14 Noyabr 2026
120
12:25 / 14 Noyabr 2026
111
12:09 / 14 Noyabr 2026
124
11:58 / 14 Noyabr 2026
121
11:50 / 14 Noyabr 2026
105
11:39 / 14 Noyabr 2026
103
11:32 / 14 Noyabr 2026
112
11:19 / 14 Noyabr 2026
126
11:09 / 14 Noyabr 2026
118
11:00 / 14 Noyabr 2026
138
10:58 / 14 Noyabr 2026
123
10:46 / 14 Noyabr 2026
138
10:36 / 14 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.