Süni intellekt müharibənin qaydalarını dəyişir
14 Noyabr 2026, 14:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
821
24.01.2026, 16:28
Son günlər qarlı hava şəraitinin yaratdığı fəsadlar Azərbaycanın əksər bölgələrində həllini tapıb unudulsa da, Lerikə yağan qarın yol açdığı problemlər hələ də sakinləri çarəsiz vəziyyətdə qoyub.
Oxu24.com xəbər verir ki, bu barədə sosial mediada çoxsaylı paylaşımlar edilib.
Belə ki, rayonun Cəngəmiran, Rvarud, Coni, Anzolu və digər kəndlərinin sakinləri çıxılmaz vəziyyətə düşüblər. Vətəndaşlar bildirir ki, rayonla kəndlər arasında nəqliyyat və piyada əlaqəsi kəsilib, kənd sakinləri öz vəsaitləri hesabına əraziyə texnika gətirsə də, bu da yetərsiz olub. Kəndlərə 1.5 metr hündürlüyündə yağan qar elektrik enerjisinin verilişində də fasilələrə yol açıb. Zuvand-Lerik avtomobil yolunun isə 5 gündür yağan qar səbəbi ilə tamamilə bağlandığı qeyd olunub.
Hətta vəfat edən şəhid bacısı Əntiqə Qənbərova fəsadların nəticəsi, yolların qardan bağlanması səbəbindən 3 gün sonra torpağa tapşırılıb.
Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, 19-21 yanvar tarixlərində Lerik rayonu ərazisində intensiv yağan qarın qalınlığı Lerik şəhərində 1-1,2 metr, dağlıq ərazilərdə isə 1,3-1,5 metr olub: “Nəticədə yaşayış məntəqələrinə gedən avtomobil yolları bağlanıb, ərazilərə elektrik verilişi dayandırılıb. “52 saylı Yol İstismarı İdarəsi” MMC-nin ağır texnikaları ilə 56 km-lik Lənkəran-Lerik avtomobil yolu qardan təmizlənib, avtomobillərin hərəkəti bərpa edilib. Lerik elektrik şəbəkəsi ərazi icra nümayəndələri, bələdiyyələr və ərazidə yaşayan əhalinin köməkliyi ilə elektirik verilişini əsasən bərpa edib.
Ərazilərə gedən əsas magistral avtomobil yolları rayonda olan şəxsi texnikalar və “52 saylı Yol İstismarı İdarəsi” MMC-nin ağır texnikaları cəlb edilməklə təmizlənsə də, 22-23 yanvar və bu gün davam edən külək nəticəsində yenidən bağlanıb.
Hazırda avtomobil yollarının qardan təmizlənməsi ilə bağlı işlər davam etdirilir. Rayonumuzun Çayrud inzibati ərazi dairəsinə gedən avtomobil yolu qardan təmizlənib. Axşam saatlarında əsən külək yolu bağladığından səhər saatlarından yolun təmizlənməsi üçün yenidən texnikalar işə cəlb edilib.
Rayon ərazisində qaz, su, rabitə ilə bağlı ciddi problemlər qeydə alınmayıb. Rayon İcra Hakimiyyəti tərəfindən rayonun bütün əraziləri ilə mütəmadi əlaqələr saxlanılır, qarşıya çıxan problemlərin həlli istiqamətində operativ tədbirlər həyata keçirilir”.qafqazinfo
14:44 / 14 Noyabr 2026
49
14:31 / 14 Noyabr 2026
54
14:24 / 14 Noyabr 2026
130
14:19 / 14 Noyabr 2026
75
14:15 / 14 Noyabr 2026
71
14:09 / 14 Noyabr 2026
174
13:50 / 14 Noyabr 2026
1391
13:48 / 14 Noyabr 2026
104
13:16 / 14 Noyabr 2026
100
13:03 / 14 Noyabr 2026
98
12:49 / 14 Noyabr 2026
122
12:25 / 14 Noyabr 2026
113
12:09 / 14 Noyabr 2026
125
11:58 / 14 Noyabr 2026
122
11:50 / 14 Noyabr 2026
107
11:39 / 14 Noyabr 2026
104
11:32 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
128
11:09 / 14 Noyabr 2026
120
11:00 / 14 Noyabr 2026
139
10:58 / 14 Noyabr 2026
125
10:46 / 14 Noyabr 2026
138
10:36 / 14 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.