Süni intellekt müharibənin qaydalarını dəyişir
14 Noyabr 2026, 14:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
17870
24.01.2026, 12:28
Son illər Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi ön plana çıxır. Pensiya və sosial ödənişlərin mərhələli şəkildə artırılması, əhalinin həssas təbəqələrinin rifahının yaxşılaşdırılması və məşğulluğun genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Milli Məclisin əmək və sosial siyasət komitəsində keçirilən iclasda səsləndirilən yeni rəqəmlər də sosial xərclərin artan payını və 2026-cı il üçün nəzərdə tutulan əsas hədəfləri aydın şəkildə ortaya qoyur.
Bu barədə iqtisadçı Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlama verib.
O bildirib ki, yaşa görə pensiyaların 53 manat artırılması rəqəmlərlə baxdıqda kifayət qədər aydın mənzərə yaradır:
“Hazırda yaşa görə pensiyanın orta aylıq məbləği 576 manatdırsa, 53 manatlıq artımdan sonra bu göstərici 629 manata yüksəlir. Bu, nominal ifadədə təxminən 9,2 faiz artım deməkdir. Bu artım aşağı pensiya alanlar üçün daha hiss olunan olacaq. Məsələn, 400 manat pensiya alan bir şəxs üçün 53 manat artım aylıq gəlirin əhəmiyyətli hissəsini təşkil edir və gündəlik xərclərin ərzaq, dərman, kommunal ödənişlərin qismən yüngülləşməsinə imkan yaradır. Lakin 800–900 manat civarında pensiya alanlar üçün bu artımın təsiri nisbətən zəif hiss olunacaq”.
O deyib ki, artımı real qiymətləndirmək üçün inflyasiya amilini də nəzərə almaq lazımdır:
“Əgər illik inflyasiya 6-8 faiz civarındadırsa, 53 manatlıq artım pensiyaçıların alıcılıq qabiliyyətini tam artırmır, daha çox qiymət artımlarının yaratdığı itkiləri kompensasiya edir. Yəni bu addım rifahı kəskin yüksəltmir, mövcud vəziyyəti qorumağa yönəlib. Yaşa görə pensiya alanların sayını nəzərə aldıqda, bu artım dövlət üçün hər ay milyonlarla manat əlavə xərc deməkdir. Bu səbəbdən belə qərarların davamlı olması üçün pensiya artımları iqtisadi artım, məşğulluğun genişlənməsi və sosial sığorta daxilolmaları ilə paralel aparılmalıdır”.
Sadə dildə desək, bu dəyişiklik ilk növbədə inflyasiya qarşısında müdafiə mexanizmidir. Xüsusilə minimal və ya orta məbləğdə pensiya alan şəxslər üçün bu 53 manatlıq artım, ay sonunda büdcədə yaranan kəsiri bağlamaq, bir neçə zəruri dərmanı və ya bir həftəlik ərzaq ehtiyacını qarşılamaq imkanı deməkdir.
14:44 / 14 Noyabr 2026
49
14:31 / 14 Noyabr 2026
54
14:24 / 14 Noyabr 2026
130
14:19 / 14 Noyabr 2026
75
14:15 / 14 Noyabr 2026
71
14:09 / 14 Noyabr 2026
174
13:50 / 14 Noyabr 2026
1391
13:48 / 14 Noyabr 2026
104
13:16 / 14 Noyabr 2026
100
13:03 / 14 Noyabr 2026
98
12:49 / 14 Noyabr 2026
122
12:25 / 14 Noyabr 2026
113
12:09 / 14 Noyabr 2026
125
11:58 / 14 Noyabr 2026
122
11:50 / 14 Noyabr 2026
107
11:39 / 14 Noyabr 2026
104
11:32 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
128
11:09 / 14 Noyabr 2026
120
11:00 / 14 Noyabr 2026
139
10:58 / 14 Noyabr 2026
125
10:46 / 14 Noyabr 2026
138
10:36 / 14 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.