Qarabağ Universitetində oxumaq istəyənlərin nəzərinə! - Ballar açıqlandı
31 İyul 2026, 10:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
18220
24.01.2026, 12:14
Qış fəslinin son ayı hesab olunan fevral adətən dəyişkən hava, temperatur dalğalanmaları, eləcə də qar və şaxta ilə müşayiət olunur. Xüsusilə, son illərdə müşahidə edilən kəskin hava dəyişiklikləri fonunda bu il fevralda güclü qar yağışı, boran və sərt şaxta ehtimalı vətəndaşları narahat edən əsas məsələlərdəndir.
Maraqlıdır, Bakı və Abşeronda fevral ayı sərt qış günləri ilə yadda qalacaqmı?
Oxu24.com Konkret.az-a istinadən xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, uzunmüddətli hava proqnozlarına əsasən, Bakı və Abşeron yarımadasında fevral ayı ərzində dəyişkən hava şəraiti müşahidə olunacaq.
"Ayın əvvəli nisbətən mülayim və sabit hava ilə başlayacaq. Cənub küləkləri üstünlük təşkil edəcəyi üçün qar ehtimalı çox aşağıdır, əsasən yağmursuz hava gözlənilir. Fevral ayının ikinci ongünlüyü (11-20 fevral) ən dəyişkən və soyuq mərhələ hesab olunur. Bakıda şimal-qərb küləklərinin (Xəzri) güclənməsi ilə kəskin soyuqlar gözlənilir. Bu ongünlüyün ortalarından etibarən (təxminən 14-18 fevral arası) yağıntıların əvvəlcə sulu qara, sonra isə qara keçmə ehtimalı yüksəkdir. Şəhərin hündür ərazilərində (Yeni Günəşli, Yasamal, Badamdar) qar örtüyünün yaranması mümkündür".
C.Hüseynov qeyd edir ki, Fevralın son ongünlüyündə "yalançı bahar" və soyuq dalğaların mübarizəsi müşahidə olunur.
"Havanın temperaturlarında tərəddüdlər gözlənilir. Bir neçə gün temperaturun 15°C-dək yüksəlməsi, ardınca isə qısamüddətli yağışlı və soyuq küləkli hava dalğası ehtimal olunur. Qar yağma ehtimalı nisbətən azdır".
10:46 / 31 İyul 2026
3
10:37 / 31 İyul 2026
21
10:27 / 31 İyul 2026
25
10:25 / 31 İyul 2026
111
10:08 / 31 İyul 2026
59
10:04 / 31 İyul 2026
53
10:02 / 31 İyul 2026
53
09:52 / 31 İyul 2026
56
09:45 / 31 İyul 2026
52
09:38 / 31 İyul 2026
64
09:34 / 31 İyul 2026
63
09:31 / 31 İyul 2026
59
09:18 / 31 İyul 2026
56
09:15 / 31 İyul 2026
62
09:13 / 31 İyul 2026
58
09:08 / 31 İyul 2026
58
09:06 / 31 İyul 2026
79
09:02 / 31 İyul 2026
65
01:07 / 31 İyul 2026
103
01:00 / 31 İyul 2026
95
00:52 / 31 İyul 2026
99
23:57 / 30 İyul 2026
8015
23:56 / 30 İyul 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.