Süni intellekt müharibənin qaydalarını dəyişir
14 Noyabr 2026, 14:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
841
24.01.2026, 09:53
Ailəsindən 3 nəfər şəhid olan qadın keçmiş vəzifəli şəxs tərəfindən qanunsuz tələblərlə qarşılaşdığını bildirib.
Oxu24.com xəbər verir ki,bu barədə Citypost.az saytına əri polis baş-leytenantı Sərvər Abbasov,atası Eldar Dadaşov və qardaşı Uğur Dadaşov Qarabağ Müharibəsində qəhrəmancasına şəhid olmuş Hicran Dadaşova bildirib.
O, müraciətində bildirir: “Həyat yoldaşım,atam və qardaşım– hər üçü Qarabağ Müharibəsi şəhidləridir. NZS qəsəbəsindəki Mingəçevir küçəsi 22-də yerləşən baxımsız vəziyyətdə olan ərazini öz hesabımıza zibillərdən və digər məişət tullantılarından təmizləməklə, kiçik də olsa mebel sexi qurmuşuq. Çətinliklə də olsa ailəmizi birtəhər dolandırırıq.
Bir neçə gün əvvəl özünü Baş Prokurorluğun məsul işçisi kimi təqdim edən Layiq Mehdiyev adlı şəxs sexə gəlib orada inzibati işləri həyata keçirən Eltac Şəmiyevə guya sexin yerləşdiyi ərazinin ona məxsus olduğunu bildirib.
O, E.Şəmiyevə ərazini tezliklə tərk etmək tapşırığı verib. Biz dəfələrlə onunla danışıqlar yolu ilə məsələyə aydınlıq gətirmək istədik və əraziyə dair əlində hər hansı hüquqi sənəd təqdim etməsini tələb etdik. O isə telefonundakı 1991-ci ildə Rayon Xalq Deputatları Soveti tərəfindən verilmiş rus dilində olan hansısa müammalı qərarın şəklini göstərməklə kifayətlənib. L.Mehdiyev daha sonra bildirib ki, sahənin 6 sotu ona, qalan hissəsi isə hələlik kimliyi bizə bəlli olamayan 2 nəfər şəxsə məxsusdur.
O, indiyədək 3 dəfə sexə gəlib. Əlimizdə onun apardığı söhbətlər və bizə olan təhdidlərə dair video materallar mövcuddur. Sonradan öyrəndik ki, Layiq Mehdiyev adlı şəxs Baş Prokurluqda və onun hər hansı yerli qurumunda çalışmır. O, 90-cı illərin sonlarında həqiqətən Bakı şəhər Prokurorunun müavini vəzifəsində təmsil olunub. Hazırda isə vaxtilə təhsil aldığı Rusiya Federasiyasında yaşayır və biznes fəaliyyəti ilə məşğuldur. Biz ona şəhid ailəsi olduğumuzu, bura bizim yeganə qazanc mənbəyimiz olduğunu, ərazidə dair hüquqi sənəd (çıxarış) təqdim edəcəyi tərzdə, ərazini könüllü tərk edəcəyimizi təkrar bildirdik. L.Mehdiyev isə təhqiramiz şəkildə ironiya ilə gülümsəyərək “İstəsəm bura 10 şəhid ailəsi tökərəm” deyərək bizi təhqir etdi və hədələdi".
Oxu24.com şəhid ailəsinin iddiaları ilə bağlı yazıda adı hallanan keçmiş Prokurorluq işçisi Ləyaqət Mehdiyevlə əlaqə saxlayıb.
O,sayta açıqlamasında belə bir hadisənin yaşandığını,sözügedən obyektin ona məxsus olduğunu bildirib.
"Mən heç zaman şəhid ailəsi ilə üz-üzə gəlməmişəm.Yazıda müraciət edən xanımı da tanımıram.Həmin obyekt mənə məxsusdur.Sənədlərim də var.Hazırda işlə bağlı hüquqi proseslər gedir.Onlar qanunsuz olaraq mənə məxsus əraziyə giriblər.Orada qanunsuz fəaliyyətlə məşğuldurlar",-deyə Ləyaqət Mehdiyeb bildirib.
O,özünü vəzifəli şəxs kimi təqdim etdiyi deyilən iddiaya da münasibət bildirib.
"Mən hazırda heç bir vəzifə tutmuram.Heç bir qurumun adından da istifad etməmişəm.Sübutları varsa,təqdim etsinlər.Hamı bilir ki,mən harada,nə vaxt və necə işləmişəm.Bunları deməyə nə ehtiyac varki?",-deyə o bildirib.
Bəs siz həmin obyekti necə əldə etmisiniz,çıxarışınız varmı? suallarına Ləyaqət Mehdiyev cavab vermək istəməyib.
Miri Məcidli
14:44 / 14 Noyabr 2026
49
14:31 / 14 Noyabr 2026
54
14:24 / 14 Noyabr 2026
130
14:19 / 14 Noyabr 2026
75
14:15 / 14 Noyabr 2026
71
14:09 / 14 Noyabr 2026
174
13:50 / 14 Noyabr 2026
1391
13:48 / 14 Noyabr 2026
104
13:16 / 14 Noyabr 2026
100
13:03 / 14 Noyabr 2026
98
12:49 / 14 Noyabr 2026
122
12:25 / 14 Noyabr 2026
113
12:09 / 14 Noyabr 2026
125
11:58 / 14 Noyabr 2026
122
11:50 / 14 Noyabr 2026
107
11:39 / 14 Noyabr 2026
104
11:32 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
128
11:09 / 14 Noyabr 2026
120
11:00 / 14 Noyabr 2026
139
10:58 / 14 Noyabr 2026
125
10:46 / 14 Noyabr 2026
138
10:36 / 14 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.