DİQQƏT! DİN rəsmi müraciət yaydı:Bu gün gecə saatlarında...
20 Yanvar 2026, 23:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
93
20.01.2026, 18:40
Son vaxtlar Azərbaycanda məmur özbaşınalığının artması cəmiyyətdə ciddi narazılıq yaradıb. Zaman-zaman bəzi icra başçıları və məmurlar barəsində cəza tədbirlərinin görülməsi, həbslərin olması ictimaiyyətin diqqət mərkəzindədir. 2026-cı ildə bu prosesin davam edib-etməyəcəyi isə müzakirə mövzusudur.
Oxu24.com bildirir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, məmur özbaşınalığı xalq arasında ruh düşkünlüyü yaradıb və ölkədə idarəetməyə olan inamı zəiflədib.
Onun sözlərinə görə, hazırkı vəziyyət təsadüfi deyil və bu,Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevdən qalma idarəetmə metodlarının nəticəsidir:
“Bu gün Ramiz Mehdiyevin “B” planı işə düşüb. Onun ətrafında olan, hazırda hakimiyyətdə təmsil edilən məmurlar ölkədə ciddi narazılıq yaratmağa çalışırlar və buna nail olublar. Azərbaycan böyük narazılıq dalğası ilə üz-üzədir.”
Həmçinin oxuyun
Hafiz Hacıyev qeyd edib ki, ölkədə məmur təbəqəsinin böyük hissəsi dostbazlıq, qohumbazlıq və rüşvət yolu ilə vəzifələrə gətirilib:
“Bu, demək olar ki, bir təşkilatlanmış şəbəkədir. Nazir qardaşını nazir müavini təyin edir, icra başçısının qohumu başqa vəzifədədir. Təcrübəsiz, gənc insanlar dövlət idarəçiliyinə gətirilir, amma nəticə yoxdur. Deputatlar açıq şəkildə deyirlər ki, artıq xalq bizə inanmır.”
Hafiz Hacıyev məmurların böyük əksəriyyətinin həbs edilməli olduğunu da vurğulayıb:
“Demək olar ki, əksər məmurlar məsuliyyətə cəlb edilməlidir. Çünki onların çoxu rüşvətxor və xəyanətkardır. Qarabağı işğaldan azad etdik, amma bu qələbəni tarixə çevirə bilmədik. Səbəb isə prezidentə yanlış məlumat verən, milyardlara sahib olan korrupsioner məmurlardır. Ölkədə kifayət qədər ləyaqətli kadrlar var, lakin onlara yol verilmir və bu, vəziyyəti daha da ağırlaşdırır”.
23:50 / 20 Yanvar 2026
83
23:49 / 20 Yanvar 2026
17
23:43 / 20 Yanvar 2026
16
23:15 / 20 Yanvar 2026
30
23:06 / 20 Yanvar 2026
36
22:59 / 20 Yanvar 2026
46
22:50 / 20 Yanvar 2026
201
22:43 / 20 Yanvar 2026
67
22:24 / 20 Yanvar 2026
39
22:21 / 20 Yanvar 2026
533
22:14 / 20 Yanvar 2026
41
22:14 / 20 Yanvar 2026
54
22:03 / 20 Yanvar 2026
551
21:56 / 20 Yanvar 2026
398
21:54 / 20 Yanvar 2026
48
21:53 / 20 Yanvar 2026
54
21:24 / 20 Yanvar 2026
963
21:20 / 20 Yanvar 2026
102
21:02 / 20 Yanvar 2026
59
20:45 / 20 Yanvar 2026
106
20:29 / 20 Yanvar 2026
78
20:24 / 20 Yanvar 2026
167
20:18 / 20 Yanvar 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.