Yol Polisi xəbərdarlıq edir
14 Noyabr 2026, 18:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
803
17.01.2026, 23:22
Braziliyalı alimlər uzunömürlü insanların sağlamlığının əsas sirrini açıqlayıb. San-Paulu Universitetinin tədqiqatçıları müəyyən edib ki, 100 və daha yuxarı yaşa çatan şəxslərin immun sistemi adi insanlardan fərqli işləyir. Araşdırmanın nəticələri “Genomic Press” jurnalında dərc olunub.
Tədqiqatda 140-dan çox iştirakçı yer alıb. Onların arasında yaşı 100-dən yuxarı olan şəxslər və 110 yaşdan artıq “superuzunömürlülər” də olub. Alimlər aşkar edib ki, bu insanların immun hüceyrələri zədələnmiş zülalların parçalanmasını və toxumaların hüceyrə “tullantılarından” təmizlənməsini daha effektiv həyata keçirir. Bu mexanizmlər xroniki iltihabın qarşısını alır və demensiya, xərçəng, ürək-damar xəstəlikləri riskini azaldır.
Alimlərin fikrincə, bu xüsusiyyətlər COVID-19 pandemiyası dövründə də mühüm rol oynayıb. Araşdırmada iştirak edən və 2020-ci ildə virusa yoluxan üç uzunömürlü ağır fəsadlar olmadan tam sağalıb. Gələcəkdə bu mexanizmlərin öyrənilməsi immun yaşlanmanın ləngidilməsinə və sağlam ömrün uzadılmasına kömək edə bilər.Saglamolun.Az
18:43 / 14 Noyabr 2026
28
18:21 / 14 Noyabr 2026
329
18:09 / 14 Noyabr 2026
84
18:06 / 14 Noyabr 2026
383
18:03 / 14 Noyabr 2026
74
17:18 / 14 Noyabr 2026
146
17:15 / 14 Noyabr 2026
101
16:20 / 14 Noyabr 2026
114
16:05 / 14 Noyabr 2026
159
15:45 / 14 Noyabr 2026
120
15:27 / 14 Noyabr 2026
292
15:25 / 14 Noyabr 2026
128
15:07 / 14 Noyabr 2026
263
15:05 / 14 Noyabr 2026
137
14:44 / 14 Noyabr 2026
177
14:31 / 14 Noyabr 2026
125
14:24 / 14 Noyabr 2026
739
14:19 / 14 Noyabr 2026
126
14:15 / 14 Noyabr 2026
116
13:50 / 14 Noyabr 2026
3230
13:48 / 14 Noyabr 2026
151
13:16 / 14 Noyabr 2026
157
13:03 / 14 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.