SOCAR nafta istehsalını 17 %-ə yaxın artırıb
14 Noyabr 2026, 19:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2410
17.01.2026, 12:57
Ağır yol qəzası nəticəsində beyin travması alan 10 yaşlı Sərxan günlərlə həyat uğrunda mübarizə apardıqdan sonra xəstəxanadan çıxıb. Hadisə anında məktəbdəki tədbirdə aldığı hədiyyəyə baxan balaca oğlanın həyatını möcüzə xilas edib.
Oxu24.com xəbər verir ki, bu barədə TV jurnalist Səadət Məmmədova Facebook səhifəsində duyğusal paylaşım edib.
O,bildirib ki, bu möcüzənin arxasında polis polkovnik-leytenant Müşfiq Gözəlov dayanır. Qəza zamanı Müşfiq ilk növbədə hadisəni törədənləri yox, balaca Sərxanı düşünüb, onu dərhal təcili tibbi yardım briqadasına çatdırıb və valideynlər yetişənədək başının üstündə olub.
Fotoda Mikayıl Gözəlov və övladı Müşfiq Gözəlov
Müşfiq Gözəlov təkcə qəhrəmanlığı ilə deyil, həm də mənəvi dəyərləri ilə diqqət çəkir. O, Qarabağ müharibəsinin ilk şəhidlərindən biri, Şuşa İH başçısı Mikayıl Gözəlovun oğludur. Atası qətlə yetiriləndə Müşfiq hələ 3 yaşına çatmamışdı.
Jurnalist Səadət Məmmədova qeyd edir ki, Gözəlovlar nəsildən xeyirxah, alicənab və vicdanlı insanlardır. Müşfiqin atası Qoca dayı da xeyirxahlığı ilə tanınırdı və kənar yerlərdən kömək istəməyə gələn heç kəsi boş qaytarmırdı.
“Yaxşı kişilərin yaxşı övladları olur”, – deyə Səadət Məmmədova yazır. Allah hər iki rəhmətlik Mikayıl və Qoca Gözəlovun ruhunu şad etsin, Müşfiq kimi insanlara can sağlığı, Sərxan və bütün uşaqlara isə təhlükəsiz gələcək nəsib etsin.
Qeyd edək ki,şəhid Mikayıl Gözəlovun digər övladı Səbinə Gözəlova Şuşa şəhər tam orta məktəbinin direktorudur.
Hazırladı: Turan Etibaroğlu
18:50 / 14 Noyabr 2026
1
18:43 / 14 Noyabr 2026
53
18:21 / 14 Noyabr 2026
401
18:09 / 14 Noyabr 2026
93
18:06 / 14 Noyabr 2026
398
18:03 / 14 Noyabr 2026
81
17:18 / 14 Noyabr 2026
154
17:15 / 14 Noyabr 2026
104
16:20 / 14 Noyabr 2026
117
16:05 / 14 Noyabr 2026
160
15:45 / 14 Noyabr 2026
121
15:27 / 14 Noyabr 2026
295
15:25 / 14 Noyabr 2026
133
15:07 / 14 Noyabr 2026
270
15:05 / 14 Noyabr 2026
139
14:44 / 14 Noyabr 2026
205
14:31 / 14 Noyabr 2026
127
14:24 / 14 Noyabr 2026
754
14:19 / 14 Noyabr 2026
128
14:15 / 14 Noyabr 2026
119
13:50 / 14 Noyabr 2026
3300
13:48 / 14 Noyabr 2026
156
13:16 / 14 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.