Milli Məclisdən maaşlarla bağlı QƏRAR: İşçilərə bərabər əməkhaqqının verilməsi təmin OLUNACAQ
06 Aprel 2026, 11:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
560
14.01.2026, 10:01
Magistraturaya sənəd qəbulu elan edilib.
Bu barədə Oxu24.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır.
"Bakalavr 2026-cı il yanvarın 14-dən 26-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub, “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrini bitirən bakalavrlar, eləcə də xarici ölkələrdə ali təhsil almış və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınan bakalavrlar qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurur və təsdiq edirlər.
Həmçinin oxuyun
Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.
Qəbul imtahanının (I cəhd) fevralın 15-də keçirilməsi nəzərdə tutulur.
İmtahanda bakalavrlara məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), informatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaqdır.
İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır", - məlumatda qeyd edilib.
Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır. Qeyd edək ki, tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticə 2 baldan az olmamalıdır. Tədrisi Azərbaycan və ya rus dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticəyə bal məhdudiyyəti qoyulmur.
11:32 / 06 Aprel 2026
7
11:21 / 06 Aprel 2026
27
11:12 / 06 Aprel 2026
226
11:11 / 06 Aprel 2026
25
11:09 / 06 Aprel 2026
28
11:02 / 06 Aprel 2026
65
10:51 / 06 Aprel 2026
116
10:46 / 06 Aprel 2026
41
10:43 / 06 Aprel 2026
38
10:33 / 06 Aprel 2026
176
10:28 / 06 Aprel 2026
45
10:22 / 06 Aprel 2026
101
10:18 / 06 Aprel 2026
44
10:11 / 06 Aprel 2026
535
10:00 / 06 Aprel 2026
44
09:58 / 06 Aprel 2026
114
09:56 / 06 Aprel 2026
54
09:55 / 06 Aprel 2026
50
00:48 / 06 Aprel 2026
340
00:19 / 06 Aprel 2026
629
00:05 / 06 Aprel 2026
2295
00:03 / 06 Aprel 2026
2288
23:42 / 05 Aprel 2026
197
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.