Qaynar xətt:

(+99450) 247 90 86

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı 

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı 

SİYASƏT

59

14.11.2026, 21:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə sual ünvanlayıb.

Oxu24.com  xəbər verir ki, bloqerin "əgər dünyanın prezidenti olsaydınız, iqlim dəyişikliyi ilə bağlı nəyi dəyişərdiniz?" – sualına Azərbaycan Prezidenti belə cavab verib:

"İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını və dünyanı qorumaq üçün əlindən gələni etməsini tövsiyə edərdim".

Sonda jurnalist planetin gələcəyi ilə bağlı fikirlərini bölüşdüyü və müsahibəyə vaxt ayırdığı üçün Prezident İlham Əliyevə təşəkkür edib.

Qeyd edək ki, H. İxtiyar COP31 çərçivəsində digər ölkə liderlərindən, o cümlədən Ukrayna Prezidenti Volodimir Zelenskidən də müsahibə alıb.