Tehranda 34 məscid YANDIRILIB
11 Yanvar 2026, 12:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2251
10.01.2026, 14:10
Azərbaycan elminə və ali təhsilinə uzun illər töhfə vermiş tanınmış alim, professor Mustafa İslam oğlu Qarayev vəfat edib.
Oxu24.com xəbər verir ki, 90 yaşlı professor bu gün dünyasını dəyişib.
Mustafa Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. 1945-1955-ci illərdə elə həmin kəndin orta məktəbində təhsil alıb.
1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunub və 1961-ci ildə həmin fakültənin Riyaziyyat ixtisasını bitirib.
Əmək fəaliyyətinə 1961–1966-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Elmi Tədqiqat Energetika İnstitutunda elmi işçi kimi başlayan Mustafa Qarayev, 1966-cı ildən etibarən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Riyaziyyat” kafedrasında müəllim kimi çalışıb.
O, 1975-ci ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb, 1982-ci ildə dosent, 2005-ci ildə isə professor seçilib. Uzun müddət Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasının müdiri vəzifəsində çalışıb.
Mustafa Qarayev 50-yə yaxın elmi məqalə, metodik göstəriş və dərs proqramının müəllifi idi. Onun pedaqoji və elmi fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 2006-cı ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2010-cu ildə isə İqtisad Universitetinin 80 illik yubileyi münasibətilə “Universitetin Qızıl Yubiley” medalı ilə mükafatlandırılıb.
Həmçinin oxuyun
Mustafa Qarayev ailəli idi, dörd övladı var.
Qeyd edək ki, Mustafa Qarayevin qardaşı Azərbaycan Dövlət Tibb Universitetinin mərhum professoru Zöhrab Qarayevdir. Musatafa Qarayev qardaşının yanında, Görədil qəbiristanlığında dəfn ediləcək.
12:48 / 11 Yanvar 2026
1
12:44 / 11 Yanvar 2026
31
12:41 / 11 Yanvar 2026
41
12:11 / 11 Yanvar 2026
46
12:02 / 11 Yanvar 2026
186
12:00 / 11 Yanvar 2026
51
11:55 / 11 Yanvar 2026
39
11:51 / 11 Yanvar 2026
56
11:44 / 11 Yanvar 2026
484
10:51 / 11 Yanvar 2026
933
10:49 / 11 Yanvar 2026
70
09:48 / 11 Yanvar 2026
84
09:30 / 11 Yanvar 2026
153
09:12 / 11 Yanvar 2026
133
00:59 / 11 Yanvar 2026
174
00:11 / 11 Yanvar 2026
152
00:09 / 11 Yanvar 2026
147
23:47 / 10 Yanvar 2026
130
23:36 / 10 Yanvar 2026
164
23:25 / 10 Yanvar 2026
100
23:20 / 10 Yanvar 2026
181
23:05 / 10 Yanvar 2026
181
22:41 / 10 Yanvar 2026
535
22:40 / 10 Yanvar 2026
197
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.