Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı
14 Noyabr 2026, 21:04
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
757
11.01.2026, 11:55
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının Somali ilə bağlı fövqəladə iclasında iştirak edib.
Bu barədə Oxu24.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT-in mənzil qərargahında baş tutmuş fövqəladə iclasın məqsədi Somalinin “Somalilənd” bölgəsinin müstəqil dövlət kimi tanınmasına qarşı Somalinin suverenliyi və ərazi bütövlüyünə dəstək vermək, habelə bu istiqamətdə atıla biləcək birgə addımları müzakirə etmək olub.
İclasda çıxış edən Y.Rəfiyev Azərbaycan Respublikasının Somali Federal Respublikasının suverenliyinə, milli birliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib. Nazir müavini İƏT-in Somali üzrə Təmas Qrupunun fəal üzvü kimi Azərbaycanın beynəlxalq ictimaiyyətin, o cümlədən İƏT üzv ölkələrinin məsələ ilə bağlı kollektiv səylərini dəstəkləyəcəyini nəzərə çatdırıb.
Ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi vurğulanaraq müxtəlif regionlarda, o cümlədən Afrika Buynuzu və Qırmızı dəniz hövzəsində sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün məsuliyyətli və beynəlxalq hüquq çərçivəsində davranmağın əhəmiyyəti ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edilib.
İƏT xarici işlər nazirlərinin 22-ci fövqəladə iclasının sonunda üzv dövlətlər tərəfindən Somali və onun ərazi bütövlüyünə birmənalı və qətiyyətli dəstək ifadə edən qətnamə qəbul olunub.
Foto
23:16 / 14 Noyabr 2026
1
23:05 / 14 Noyabr 2026
45
23:01 / 14 Noyabr 2026
53
22:28 / 14 Noyabr 2026
450
22:19 / 14 Noyabr 2026
63
21:55 / 14 Noyabr 2026
93
21:32 / 14 Noyabr 2026
110
21:22 / 14 Noyabr 2026
146
21:11 / 14 Noyabr 2026
646
21:04 / 14 Noyabr 2026
705
21:02 / 14 Noyabr 2026
110
20:56 / 14 Noyabr 2026
520
20:50 / 14 Noyabr 2026
122
20:38 / 14 Noyabr 2026
119
20:23 / 14 Noyabr 2026
1197
19:54 / 14 Noyabr 2026
111
19:50 / 14 Noyabr 2026
116
19:36 / 14 Noyabr 2026
1865
19:15 / 14 Noyabr 2026
148
19:12 / 14 Noyabr 2026
146
19:05 / 14 Noyabr 2026
132
18:50 / 14 Noyabr 2026
143
18:43 / 14 Noyabr 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.