Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
14 Noyabr 2026, 23:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1236
10.01.2026, 21:01
“Oxu24.com” xəbər verir ki, Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" Qanununa əsasən, sağlamlıq imkanları məhdud(birinci qrup gözdən əlil) uşağı olan valideynlər üçün pensiya yaşına güzəştlər tətbiq edilir.
Analar üçün güzəştli şərtlər
Qanuna görə, sağlamlıq imkanları məhdud uşağını (o cümlədən 1-ci qrup gözdən əlil) 8 yaşınadək tərbiyə etmiş anaların 5 il daha tez pensiyaya çıxmaq hüququ var.
Bəs atalar üçün hansı hallarda keçərlidir?
Bir çoxlarını maraqlandıran məqam isə ataların bu hüquqdan yararlanıb-yararlanmamasıdır. Qanunvericilik bu halı konkret şərtlər daxilində tənzimləyir:
1. Ananın ölümü və ya hüquqdan məhrum edilməsi: Əgər ana vəfat edibsə və ya valideynlik hüququndan məhrum edilibsə, uşağı təkbaşına böyüdən ata 5 il tez pensiyaya çıxa bilər.
2. Boşanma halı: Əgər valideynlər nikahı pozublarsa və uşaq məhkəmənin qərarı ilə atanın himayəsinə verilibsə, eyni zamanda ana yenidən ailə qurmayıbsa və ya uşağın tərbiyəsində iştirak etmirsə, bu güzəşt ataya şamil oluna bilər.
Bu hüquqdan istifadə etmək üçün vətəndaşlar yaşadıqları ərazi üzrə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) və ya DOST mərkəzlərinə müraciət edərək lazımi sənədləri təqdim etməlidirlər.
Çimnaz Telmanqızı
23:33 / 14 Noyabr 2026
19
23:23 / 14 Noyabr 2026
52
23:16 / 14 Noyabr 2026
49
23:05 / 14 Noyabr 2026
177
23:01 / 14 Noyabr 2026
88
22:28 / 14 Noyabr 2026
551
22:19 / 14 Noyabr 2026
73
21:55 / 14 Noyabr 2026
106
21:32 / 14 Noyabr 2026
122
21:22 / 14 Noyabr 2026
157
21:11 / 14 Noyabr 2026
690
21:04 / 14 Noyabr 2026
788
21:02 / 14 Noyabr 2026
116
20:56 / 14 Noyabr 2026
586
20:50 / 14 Noyabr 2026
127
20:38 / 14 Noyabr 2026
124
20:23 / 14 Noyabr 2026
1246
19:54 / 14 Noyabr 2026
114
19:50 / 14 Noyabr 2026
119
19:36 / 14 Noyabr 2026
1916
19:15 / 14 Noyabr 2026
151
19:12 / 14 Noyabr 2026
147
19:05 / 14 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.