Bu 3 bürcün bəxti üzünə güləcək
03 Oktyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
847
11.01.2026, 09:48
Doğulan hər oğlan uşağı üçün vacib məsələlərdən biri sünnətdir.
Bəziləri sünnət etdirmək üçün ilk ayları seçsə də, bir qisim valideyn bunun üçün uşağın böyüməyini gözləyir.
Bəs sünnət üçün ən uyğun yaş hansıdır?
Oxu24.com bildirir ki, uşaq cərrahı Fuad Hüseynovun sözlərinə görə, bu əməliyyat üçün ən uyğun yaş seçimi 6 ay -2 yaş arası və ya 5 yaşından sonradır. Cərrah, 2-5 yaş arası uşağın fikrinin cinsiyyət orqanında olduğu üçün psixoloji travma ala biləcəyini bildirib.Medicina.az
Həkim valideynlərin, yeni doğulan uşaqların ağrını hiss etmədiyini düşündükləri üçün sünnəti ilk aylarda etməyə üstünlük verdiyini qeyd edib:
"Mənə ən çox verilən suallardan biri yeni doğulan körpələrin ağrını hiss edib-etməməsi ilə bağlıdır. Körpələr ağrını hiss edir. Sadəcə gücü zəif olduğu üçün bizə hiss etdirə bilmirlər. Həmçinin yeni doğulan zaman sünnət olunan uşaqların sonradan sidiyə getdiyi dəliyin daralma ehtimalı olur. Bu da ikinci əməliyyat deməkdir. Yeni doğum stresi yaşamış uşağa bir də sünnət stresi yaşatmaq məntiqsizdir".
Hüseynov hazırda ən çox məşhur olan "lazerlə ağrısız sünnət"in sadəcə reklam xarakteri daşıdığını və belə bir şeyin olmadığını vurğulayıb:
"Lazerlə sünnət edilmir. Cərrahiyyədə qanaxmanı dayandırmaq üçün istifadə olunan elektrik bıçağına reklam məqsədilə yalandan lazer deyirlər. Dünyanın bütün inkişaf etmiş müsəlman ölkələrində hazırda yerli ağrısızlaşdırma ilə sünnət edilmir. Sünnət özü də cərrahi əməliyyatdır. Narkozdan oyanmaz deyə dediyimiz təhlükə maşınla yol gedərkən qəzaya düşməyimiz qədərdir".
00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.