Keçmiş partiya sədrinin məhkəməsində DAVA düşdü
09 Yanvar 2026, 17:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
195
07.01.2026, 19:38
Qar yağışı və dondurucu soyuqlar Avropanın bir çox şəhərində həyatı iflic edib.
Oxu24.com Qaynarinfo-ya istinadla xəbər verir ki, mütəxəssislər yaxın günlərdə temperaturun mənfi 20 dərəcəyədək enə biləcəyini bildirirlər.
Avropanı təsiri altına alan arktik mənşəli soyuq hava dalğası gücünü artırır. Meteorologiya mütəxəssisləri xəbərdarlıq edirlər ki, qarşıdakı günlərdə bəzi Avropa ölkələrində gecə temperaturu mənfi 20 dərəcəyədək düşə bilər.
Almaniyada xüsusilə cənub bölgələrində temperaturun mənfi 10 dərəcənin altına enməsi, mərkəzi bölgələrdə və Alp dağlarında isə termometrlərin mənfi 20 dərəcəni göstərməsi gözlənilir.
Avstriyada da soyuq hava, əsasən Tirol və Zalsburq bölgələrində dondurucu təsirini göstərəcək. Səhər saatlarında temperaturun mənfi 17 ilə mənfi 7 dərəcə arasında olacağı bildirilir.
Fransa son on ilin ən soyuq səhərinə oyanıb. Həftəsonu temperatur mənfi 22 dərəcəyədək enib. Soyuqların bu həftə də davam edəcəyi gözlənilir. Pis hava şəraiti səbəbindən baş verən yol-nəqliyyat hadisələrində beş nəfər həyatını itirib.
Həmçinin oxuyun
İngiltərədə iki həftə ərzində temperaturun mənfi 14 dərəcəyədək düşəcəyi proqnozlaşdırılır. Meteorologiya mütəxəssisləri bu soyuqları "Qütb ekspresi” adlandırırlar.
Şotlandiya üçün də intensiv qar yağışı səbəbindən "buzlanmaya diqqət edin” çağırışı edilib.
Qar və buzlanma ucbatından Niderlandda 400-dən çox aviareys ləğv olunub. Paytaxt Amsterdamdan Fransanın paytaxtı Parisə gedən qatar reysləri də dayandırılıb.
Balkanların qərb hissəsi də güclü qar və yağıntının təsiri altına düşüb. Yollar bağlanıb, elektrik enerjisində fasilələr yaranıb.
18:01 / 09 Yanvar 2026
1
17:56 / 09 Yanvar 2026
9
17:55 / 09 Yanvar 2026
14
17:48 / 09 Yanvar 2026
13
17:44 / 09 Yanvar 2026
21
17:38 / 09 Yanvar 2026
13
17:31 / 09 Yanvar 2026
16
17:21 / 09 Yanvar 2026
27
17:20 / 09 Yanvar 2026
35
17:17 / 09 Yanvar 2026
38
17:14 / 09 Yanvar 2026
29
17:12 / 09 Yanvar 2026
27
17:10 / 09 Yanvar 2026
31
17:07 / 09 Yanvar 2026
36
17:04 / 09 Yanvar 2026
33
16:52 / 09 Yanvar 2026
32
16:51 / 09 Yanvar 2026
35
16:49 / 09 Yanvar 2026
34
16:42 / 09 Yanvar 2026
47
16:40 / 09 Yanvar 2026
47
16:38 / 09 Yanvar 2026
39
16:36 / 09 Yanvar 2026
41
16:35 / 09 Yanvar 2026
34
16:19 / 09 Yanvar 2026
629
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.