Bakıda yeni metrolar harada olacaq? - AÇIQLAMA EDİLDİ
07 Yanvar 2026, 22:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
667
06.01.2026, 14:00
İndi çox az ev tapmaq olar ki, orda asqırmayan, öskürməyən, dizlərindən, belindən, sümüklərindən şikayət etməyən olsun. Çünki artıq qış gəlib və soyuğu, sazağı, şaxtası ilə birlikdə bəzi xəstəlikləri də bərabərində gətirib.
Bu gün Oxu24.com Azərbaycan mətbəxinin məcun kimi qəbul edilən, dərdlər dərmanı xörəklərindən biri haqqında məlumat verəcək.
Xaş (Başqa adı “kəllə paça”-red-Ə.Rəşid) necə hazırlanır?
Xəstəliklərlə mübarizə üçün mükəmməl çarə olan, məsələn: xaş, umac, lobyalı (maş) əriştə, xəngəl, xaşıl və sair yeməklərin hər gün birinin faydaları haqqında danışacağıq.
Xaş nəinki Azərbaycanda, eləcədə, Orta Şərq və Cənubi Qafqazda sevilən yeməklərindən biridir. Kəllə paça adı ilə Iran, Bosniya və Herseqovinavə Türkiyədə məşhurdu . Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur.
XAŞın tarixi
Baxmayaraq ki, ermənilər bu yeməyi oğurlayaraq öz adlarına çıxmaq cəhdində olublar, amma tutarlı faktlar qarşısında qalanda isə ordan qaçmağı özlərinə qənimət biliblər.
Tarixi məqalələrimdə ən çox müraciət etdiyim tarixçi alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevdən yenə kömək umdum. Hər halda “erməni yalanları ilə mübarizə”də ermənilərin cavabını ondan yaxşı kimsə verə bilməz:” Ermənilərin iddiasına görə Xaş erməni və gürcü mətbəxinin elementlərini təqdim etməklə ölkəsinin mətbəxini daha rəngarəng etmək qərarına gələn I Şah Abbasın dövründə icad edilib. Başqa bir versiyaya görə, xaş Səfəvilər sülaləsi dövründə hazırlanırdı və I Şah Abbas yalnız bu yeməyi məşhurlaşdırıb. Guya Şah Abbasa XAŞ-ı bişirən “erməni aşbaz” olub.
Elə XAŞ sözünün lingivstik anlayışna baxaq-Xaş sözü oğuz türkcəsində olan xaşlamaq (bişirmək, yeməyi qaynatmaq) feilindən gəlir. Türkiyə türkcəsində bu söz haşlama, başqırd türkcəsində bişkən (bişirilgən), qazax türkcəsində pişirilgen (pişken) et, qırğız türkcəsində bışkan et, kaynatkan et, özbək türkcəsində dimləmə, tatar türkcəsində pişkən (pişirilgən) it, türkmən türkcəsində qaynatma, uyğur türkcəsində pişirilgən qoş şəkillərində işlənir. XAŞ adı da yeməyə bu formada verilib.
Xaş, mal-qaranın əhiləşdirildiyi müddətdən bəri maldarlar və türklər tərəfindən hazırlanmış və Monqolustandan Türkiyəyə qədər Asiyada geniş yayılmış yeməkdir.
Kulinariya tarixi haqqında - Antuan Kareme, Kaufman, Trakiyalı Dionysius tərəfindən "Qrammatika sənəti” və digərlərinin əsərində təsdiqi var. Onlar bu yeməyin yaradıcları kimi Türk xalqlarının olduğunu təsdiq edir. Ermənilərin mənbə kimi təqdim etdiyi Poxlebkinin kitabı isə sonradan müəllifin bu səhvi düzəltmək üçün ikinci nəşrə təqdim etməsindən sonra 2000-ci ilin 13 aprelində evində qətl edilmiş halda tapılır. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə başına və boğazına çoxsaylı zərbələrdən sonra ölüb.
Həmçinin oxuyun
XAŞ niyə ancaq səhər yeyilir?
Zaur müəllim deyir ki, bu yemək gecə növbəsində alaçıqları qoruyan əsgərlərə güc verirdi. Beləki, onu səhərə qədər qazanda bişirirdlər və səhər ailə bir yerdə bu yeməyi yeyirdilər. Ocaq başında onun bişməsini gözləyən əsgərlər bu yeməkdən sonra öz növbələrini verib toxqarna yatırdılar.
Elə o zamandan XAŞ-ın səhər yeyilməsi adət olub.
Hətta türklər haqqında tarixi filmlər çəkən Çinlilər göstərir ki, gecə növbədə duran türk əsgərləri qazana heyvanın ayaq və başlarını doğrayıb atır və səhər yeyirdilər.
Döyüşlər zamanı uzaq səfərə gedən əsgərlər üçün bu yeməyin xüsusi önəmi var idi. Çünki səhər obaşdan XAŞ yeyən əsgər axşama qədər döyüşdə yorulmurdu.
Yeganə ölkə də Azərbaycandır ki XAŞ qonaqlığı haqqında film çəkilib. Vaqif Mustafayevin “Musiqili Xaş” dünyada bu yemək barədə yeganə film sayılır.
XAŞın faydaları
Terapevt-həkim Lətifə Mikayılova ilə söhbətimizdə, o bildirdi ki, Hələ lap keçmiş zamanlardan bu günə qədər analarımız, nənələrimiz xəstəliklərdən qorunmaq yollarından biri kimi milli mətbəximizə məxsus olan yeməkləri tez-tez tükətməyi məsləhət biliblər.
Xaş orqanizmə güc verir, onu möhkəmləndirir, zəifliyi aradan qaldırır.:”Xaşın sağlamlıq üçün inanılmaz faydalarından biri tərkibində B qrupu vitaminləri, qlisin və polidoymamış yağlı turşular olmasıdır. Bu maddələr beyinin sağlamlığını və normal fəaliyyəti üçün olduqca vacibdir. Həmcinin bu dadlı yeməyin tərkibində olan qlisin amin turşusu stresi və gərginliyi azaldır, sakitləşdirir, yuxunu tənzimləyir. Eyni zamanda B qrupu vitaminləri ilə zəngin olan xaşın qanazlığından əziyyət çəkənlərə də faydası daha böyükdü”.
Həkim –terapevt xaşın tərkibində olan kollagendən də danışaraq söylədiki, dərini, birləşdirici toxumaları, bağ və oynaqları sağlam və cavan edən, saçların sağlamlığın və uzanmasını sürətləndirən. bu möcüzəvi təam oynaq problemləri, osteoxondroz kimi pozulmaları olan insanlara da xeyirlidi. Xaş oynaqların və fəqərə arası disklərin dağılmasını ləngidir. Yeməyin tərkibindəki lizin amin turşusu kalsiumun mənimsənilməsini yaxşılaşdırır, immuniteti möhkəmləndirir, damarları genişləndirir”.
Lətifə həkimdən yeməyin zərərli tərəfini soruşduqda isə o:” Xaşda doymuş yağlar və kalori miqdarı çoxdur. Bu da qan damarlarında dövriyyəni çətinləşdirir və kirəcləşib damarlarda qalır. Buna görə də çəki problemi olan şəxslərə tez-tez istehlak etməyi məsləhət görülmür. İstehlak edildikdə isə gün ərzində hərəkətdə olmaqları tövsiyyə edilir. Eyni zamanda xolestrol baxımından da zəngin olan qida, xolestrolu yüksək olan şəxslərə məsləhət görülmür. Həddindən artıq istehlak edildiyində ürək piylənməsinə səbəb olur”deyə vurğuladı.
Əziz oxucular, Asqırmaq, öskürmək, dizlərinizdə, belinizdə, sümüklərinizdə ağrı olmasını istəmirsinizsə, təcili XAŞ yeyin!
Əntiqə Rəşid
22:49 / 07 Yanvar 2026
8
22:48 / 07 Yanvar 2026
10
22:45 / 07 Yanvar 2026
30
22:38 / 07 Yanvar 2026
16
22:33 / 07 Yanvar 2026
19
22:12 / 07 Yanvar 2026
31
22:00 / 07 Yanvar 2026
246
21:55 / 07 Yanvar 2026
36
21:52 / 07 Yanvar 2026
56
21:49 / 07 Yanvar 2026
36
21:46 / 07 Yanvar 2026
40
21:39 / 07 Yanvar 2026
40
21:28 / 07 Yanvar 2026
60
21:18 / 07 Yanvar 2026
63
21:08 / 07 Yanvar 2026
241
21:07 / 07 Yanvar 2026
71
20:56 / 07 Yanvar 2026
59
20:46 / 07 Yanvar 2026
53
20:35 / 07 Yanvar 2026
769
20:28 / 07 Yanvar 2026
70
20:23 / 07 Yanvar 2026
68
20:14 / 07 Yanvar 2026
991
20:11 / 07 Yanvar 2026
107
19:59 / 07 Yanvar 2026
537
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.