Qaynar xətt:

(+99450) 247 90 86

Bu vəzifə 7 aydır boşdur 

2024/05/21/1716307459_media-kreslo-cixarildi-memur5-700x403-jpg-pagespeed-ce_-vemyl4c7gw-ltj5yv0mpoehi12s34uq.jpg

CƏMİYYƏT

119

31.12.2025, 17:21

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri postu 7 aydır boşdur.

Oxu24.com xəbər verir ki, televiziyanın rəhbəri Sahil Tahirli Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 12 İyun 2025-cil il tarixli sərəncamı ilə tutduğu vəzifədən azad olunub. Həmin gündən sədrin vəzifələrini tanınmış telejurnalist İlhamə Novruzova icra edir.

Əldə etdiyimiz məlumata görə, 2026-cı ilin ilk gunlərində "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunacaq. Yeni sədrin kimliyi hələlik gizli saxlanılır.(Metbuat.az )