Qaynar xətt:

(+99450) 247 90 86

Atası nazir müavini,qardaşları rəis olan yüksək vəzifəli xanımın DOSYESİ

news/2025_12_01/qadin_1764598524.jpg

CƏMİYYƏT

1049

11.12.2025, 21:24

Strateji Təhlil və Planlaşdırma Sektorunun müdiri olan xanım kimdir? 

Oxu24.com  Azərbaycanda vəzifə tutan şəxslər barədə  maraqlı faktları təqdim etməkdə davam edir.

Bu layihədə məqsəd Dövlətin idarəçiliyində əməyi və rolu olan vəzifəli şəxslərin tanıdılması və onlar barədə ictimaiyyətin informasiya alması  ilə bağlıdır.

Sözügedən layihə çərçivəsində bu dəfə Qida Təhlükəsizlik Agentliyində yüksək vəzifə tutan xanım haqqında maraqlı faktları oxucularımıza təqdim edirik.

Söhbət  Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Strateji Təhlil və Planlaşdırma Sektorunun müdiri Nigar Nuriyevadan gedir.

Nigar Nuriyeva 1989-cu ildə anadan olub. 2011-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasını 2013-cü ildə elə həmin universitetdə Beynəlxalq münasibətlər ixtisasının magistratura dərəcəsini bitirib.

2017-ci ildə isə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) İctimai İdarəetmə ixtisasını bitirib. 2019-cu ildən Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Strateji Təhlil və Planlaşdırma Sektorunun müdiri vəzifəsində çalışır.

Nigar Nuriyevanın atası Ədliyyə nazirinin müavini Eldar Nuriyevdir.

Nigar Nuriyevanın qardaşı Cavanşir Nuriyev Dövlət Vergi Xidmətinin aparat rəhbəridir.

Digər qardaşı Orxan Nuriyev Dövlət Gömrük Komitəsində Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

Orxan Nuriyev Baş Prokuror Kamran Əliyevin kürəkənidir. 

Nigar Nuriyeva dövlət sektorunda strateji inkişaf və planlaşdırma sahəsində ixtisaslaşmış mütəxəssisdir.

O, təhsilini beynəlxalq münasibətlər və ictimai idarəetmə sahələrində tamamlamış, analitik düşüncə, strateji planlaşdırma və layihələrin səmərəli icrası üzrə geniş biliklərə malikdir.

Karyerası ərzində Nigar Nuriyeva əsasən dövlət qurumlarında strateji təhlil, layihələrin hazırlanması və icrası, uzunmüddətli inkişaf planlarının tətbiqi ilə məşğul olub.

O, idarə etdiyi komanda ilə birgə strateji layihələrin planlaşdırılması və həyata keçirilməsində effektiv metod və yanaşmaları tətbiq edərək, dövlət siyasətlərinin səmərəli icrasına töhfə verir.

Peşəkar fəaliyyəti zamanı Nigar Nuriyeva həm analitik, həm də rəhbərlik bacarıqlarını nümayiş etdirmiş, kompleks layihələrin koordinasiyası, risklərin qiymətləndirilməsi və strateji qərarların qəbulunda aktiv rol oynamışdır. Onun rəhbərliyi altında komanda innovativ idarəetmə və planlaşdırma yanaşmalarını tətbiq etməklə, dövlət sektorunda daha şəffaf və effektiv idarəetmə proseslərinin həyata keçirilməsinə dəstək göstərir.

Hazırladı: Miri Məcidli