Məşhur “makler bibi” VƏFAT ETDİ
05 Mart 2026, 00:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1860
11.12.2025, 20:28
Yardımlı rayonundan olan bir qrup vətəndaşın Elm və təhsil naziri Emin Əmrullayevə müraciəti barədə məlumat vermişdik.
Rayonun Şıxlar kəndindən olan bir qrup şəxs kənd tam orta məktəbinin 10-cu sinfinin bağlanması və şagirdlərin çıxılmaz durumda qalmasından şikayətlənirlər.
Sözügedən məktəbin 10-cu sinfi bağlandığından valideynlər məcbur qalıb uşaqlarını uzaqda yerləşən qonşu Azər Məmmədov adına Çanaqbulaq kənd tam orta məktəbinə yerləşdirdilər.
Valideynlər - Rəfiyev Möhübbət,Əsgərov Nəsib,Kamilov Əlif,Yaqubov Fərasim,Bağışov Nəsimi və şagirdlər Rəfili İsmayıl,Əsgərli Mikayıl,Kamilov Rihad,Yaqublu Fərasim,Bağışova Safra müraciətlərində Yardımlı rayon,Şıxlar kənd M.T.Zamanov adına tam orta məktəbinin 10-cu sinfinin yenidən açılmasını istəyiblər.
Keçilməz yolların görüntüsü
Qeyd olunan müraciətlə bağlı Elm və Təhsil Nazirliyindən Oxu24.com-un sorğusuna cavab verilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun və “Ümumi təhsil haqqında” Qanunlarının müvafiq maddələrinə əsasən yalnız ibtidai və ümumi orta təhsil səviyyələri üzrə məktəblərin azkomplektli formada fəaliyyətinə yol verilir.
" Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”na əsasən, tam orta siniflərin təşkili üçün minimum şagird sayı təmin olunmalıdır. Şıxlar kənd məktəbində X sinifdə cəmi 4 şagird olduğundan sinfin açılması normativ tələblərə cavab vermir.
Sözügedən məsələ ilə bağlı valideynlərlə görüş təşkil olunub və müraciətləri rəsmi olaraq mövcud qaydalar izah edilməklə cavablandırılıb. Şagirdlərin təhsil hüququnun təmin olunması məqsədilə onların qonşu məktəblərdə təhsillərini davam etdirmələri tövsiyə edilib.
Həmçinin oxuyun
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə 14 oktyabr saat 11:00-dan etibarən şagird yerdəyişməsi prosesi davam edir",-deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki,sözügedən məktəbdə sinfin bağlanmasından sonra şagirdlərin təhsil alması mümkünsüz olub.Buna səbəb kimi,yolların,nəqliyyat vasitəsinin həmin ərazidə olmaması göstərilir.
Oxu24.com məsələ ilə bağlı Yardımlı Rayon İcra Hakimiyyətinə,rayonun millət vəkilinə,Ombudsman Aparatına və digər aidiyyatı qurumlara sorğu ünvanlayıb.
Hazırladı: Miri Məcidli
01:09 / 05 Mart 2026
60
00:38 / 05 Mart 2026
63
00:31 / 05 Mart 2026
137
00:24 / 05 Mart 2026
93
23:58 / 04 Mart 2026
95
23:10 / 04 Mart 2026
135
22:49 / 04 Mart 2026
169
22:43 / 04 Mart 2026
113
22:20 / 04 Mart 2026
103
21:59 / 04 Mart 2026
117
21:48 / 04 Mart 2026
99
21:29 / 04 Mart 2026
106
21:17 / 04 Mart 2026
176
21:06 / 04 Mart 2026
248
20:52 / 04 Mart 2026
360
20:41 / 04 Mart 2026
320
20:17 / 04 Mart 2026
322
20:05 / 04 Mart 2026
112
19:49 / 04 Mart 2026
120
19:35 / 04 Mart 2026
505
19:25 / 04 Mart 2026
145
19:23 / 04 Mart 2026
1997
19:21 / 04 Mart 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.