Yeni təyinat baş tutub
11 Dekabr 2025, 17:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
484
11.12.2025, 15:10
Azərbaycan Dillər Universitetinin rektoru, professor Kamal Abdulla Prezident Administrasiyasıın sabiq rəhbəri Ramiz Mehdiyevə yaxın kadrlardan biri kimi tanınıb. KİV-də yer alan xəbərlərə görə Kamal Abdulla Adminsitrasiyadakı vəzifəsini itirəndən sonra rektor postuna aparılmasının da Ramiz Mehdiyevin sayəsində baş tutduğu söylənilir. Bu yaxınlarda bəzi KİV-lər və sosial şəbəkələrdə yayılan videokadrda Kamal Abdullanın Ramiz Mehdiyevi tərifləyən görüntüləri əks olunmuşdu.
Görüntülər 2018-ci ildə Azərbaycan Dillər Universitetində baş tutan təqdimat mərasiminə aiddir. Universitetin rektoru, akademik Kamal Abdulla Ramiz Mehdiyevin kitabının təqdimatında keçmiş PA rəhbərini ” filosof”, “müdrik dövlət xadimi” kimi xeyli tərifləyib:
Ramiz Mehdiyevin onlarla bu cür əsərinin olduğunu vurğulayan K.Abdulla bunların hamısının bir sistem kimi bütövlükdə azərbaycançılığın, dövlətçiliyin fəlsəfəsinə həsr edildiyini deyib:
“Bu əsərlər göstərir ki, bugünkü dövlətçiliyimiz qarşısında duran problemləri, onun fəlsəfəsini dərindən dərk edən bir filosof kimi Ramiz müəllim Azərbaycanın gələcəyinin qurulması ilə bağlı dövlət təcrübəsindən istifadə edən son dərəcə müdrik dövlət xadimidir. Ramiz müəllim bir filosof, alim, dövlət xadimi kimi Azərbaycan dövlətçiliyinin inkişaf etdirməsində bu gün də çalışır, elmi, fəlsəfi fəaliyyətini davam etdirir.Azərbaycanşünaslıq problemləri istər qədim dövrdə, istər XVI əsrdə, istərsə də bu gün Azərbaycan və onun ətrafındakı dövlətlərin münasibətinin öyrənilməsində aktuallıq kəsb edir ki, bu baxımdan akademik Ramiz Mehdiyevin erməni dövlətinin, dininin, cəmiyyətinin formalaşması ilə bağlı fikirləri son dərəcə maraqlıdır və azərbaycanşünaslıq istiqamətində aparılan araşdırmalara işıq saçan bir tədqiqatdır.”
Bu çıxış sosial şəbəkə platformalarında geniş müzakirələrə səbəb olub.
Oxu24.com xəbər verir ki,Kamal Abdullanın rəhbəlik Azərbaycan Dillər Universiteti mütəmadi olaraq, Ramiz Mehdiyevin kitablarının təqdimatlarına ev sahibliyi edib. Keçmiş PA rəhbərinin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi də 2019-cu ilin aprelin 30-da universitetdə keçirilib.
Həmin tədbirdə də ADU-nun rektoru Kamal Abdulla Ramiz Mehdiyevin şəninə xeyli tərif edib: “Akademik Ramiz Mehdiyev tariximizin, ictimai-siyasi fikrimizin xüsusi əhəmiyyət daşıyan nöqtələrinə nüfuz edib. Bu kitab bir daha göstərir ki, Azərbaycan tarixinin çox vacib mənbələri olan sənədlərdən doğru-düzgün, məqsədəuyğun, konseptual şəkildə istifadə olunarsa, biz hansı perspektivlərə, üfüqlərə çıxa bilərik. Bu üfüqlərdən biri keçmiş tariximizi bugünümüz qədər dərk etmək, bugünümüzdə ondan mənalı şəkildə istifadə etməkdir”.
Həmçinin oxuyun
Qeyd olunan tədbirdə bu günlərdə həbs edilən Ramiz Mehdiyevin köməkçisi, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Əmirov iştirakçıları akademik Ramiz Mehdiyevin adından salamlayıb. O, kitabın müzakirəsinin təşkil olunması üçün yaradılan şəraitə görə ADU-nun rəhbərliyinə təşəkkürünü bildirib.
Kamal Abdullanın 2019-cu ildə yazdığı “Multikulturalizmə Giriş” kitabının da redaktoru məhz Ramiz Mehdiyev olub. Və nə təsadüfdürsə, kitab Ramiz Mehdiyevə aid olduğu şübhə doğurmayan “Şərq Qərb” nəşriyyatında dərc edilib.
Ramiz Mehdiyev elmi şuralarda tərifləyən, dahi lider, böyük şəxsiyyət adlandıran rektorlardan biridə AZMİU rektoru Gülçöhrə Məmmədova və Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mexanika kafedrasının müdiri mərhum professor İsmayıl Sadıqov olub. Gülçöhrə Məmmədova Ramiz Mehdiyevin yaxın kadrlarından biri olub, mərhum İsmayıl Sadıqov isə Ramiz Mehdiyevin qudası olub, 2023-cü ildə vəfat edib.
Prezident İlham Əliyevin dekabrın 10-da imzaladığı sərəncamla Şahin Əliyev Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib. Şahin Əliyev Prezident Administrasiyasıın sabiq rəhbəri Ramiz Mehdiyevə yaxın kadrlardan biri kimi tanınıb. Elə onun Adminsitrasiyadakı vəzifəsini itirəndən sonra rektor postuna aparılmasının da Ramiz Mehdiyevin sayəsində baş tutduğu söylənilir. Bu yaxınlarda bəzi KİV-lər və sosial şəbəkələrdə yayılan videokadrda Şahin Əliyevin Ramiz Mehdiyevi tərifləyən görüntüləri əks olunmuşdu. Həmin kadrlarda özünü Mehdiyevin şərəfli kadrı adlandıran Şahin Əliyev “Ramiz müəllimlə 25 ildir ki, tanışıq… 25 illik təcrübə mənim insan kimi formalaşmağımda böyük bir məktəb olub. Bu məktəbin misli yoxdur”, – deyə bildirib.
Şahin Əliyev bu vəzifəyə gəlməzdən öncə uzun illər Prezident Administrasiyasında işləyib. Belə ki, o, 1991-ci ildən 2022-ci ilə kimi Prezident Administrasiyasında şöbə müdiri işləyib. 2022-ci ilin əvvəllərində aparılan islahatlar çərçivəsində Şahin Əliyevin rəhbərlik etdiyi Hüquq ekspertizası şöbəsi ləğv olunmuş, 19 may 2022-ci ildə isə o, Ədliyyə Akademiyasının rektoru vəzifəsinə təyinat almışdı.
Qeyd edək ki, 2020-ci ildə Kütləvi İnformasiya Vasitələrində Şahin Əliyev və Gülçöhrə Məmmədovanın Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi iddia olunub amma Gülçöhrə Məmmədova iddianı təkzib edib.
Miri Məcidli
17:31 / 11 Dekabr 2025
1
17:29 / 11 Dekabr 2025
6
17:15 / 11 Dekabr 2025
183
16:47 / 11 Dekabr 2025
41
16:40 / 11 Dekabr 2025
40
16:32 / 11 Dekabr 2025
227
16:14 / 11 Dekabr 2025
315
16:12 / 11 Dekabr 2025
35
16:01 / 11 Dekabr 2025
48
15:57 / 11 Dekabr 2025
429
15:52 / 11 Dekabr 2025
36
15:36 / 11 Dekabr 2025
454
14:59 / 11 Dekabr 2025
268
14:57 / 11 Dekabr 2025
74
14:49 / 11 Dekabr 2025
80
14:38 / 11 Dekabr 2025
1043
14:35 / 11 Dekabr 2025
78
14:24 / 11 Dekabr 2025
174
14:21 / 11 Dekabr 2025
76
14:03 / 11 Dekabr 2025
1427
13:55 / 11 Dekabr 2025
57
13:47 / 11 Dekabr 2025
69
13:40 / 11 Dekabr 2025
242
13:37 / 11 Dekabr 2025
75
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.