Nazirlik açıqlama yaydı
19 May 2026, 16:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
786
03.12.2025, 11:05
2026-cı ilin büdcə layihəsində hədəflər düzgün müəyyənləşdirilib.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Zaur Şükürov parlamentin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.
"Prezident İlham Əliyevin müəyyən etdiyi, ölkəmizin sosial-iqtisadi inkişaf, müdafiə-təhlükəsizlik və xarici siyasət strategiyasından irəli gələn vəzifələrin səmərəli şəkildə icra edilməsi məqsədilə, 2026-cı ilin büdcə layihəsində hədəflər düzgün müəyyənləşdirilib və əminik ki, Prezidentimizin uzaqgörən siyasəti və mükəmməl liderliyi bu hədəflərə nail olmağa imkan verəcək", - deyə o qeyd edib.
Bundan başqa, deputat deyib ki, dövlət başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf və milli təhlükəsizlik strategiyası çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun bərpası və gələcək inkişafının, hərbi potensialımızın gücləndirilməsinin və təhlükəsizliyimizin təmin edilməsinin və sosial istiqamətlərin əsas prioritetlər kimi diqqətdə saxlamaqla, müasir çağırışlara cavab verən büdcə layihəsinin hazırlanması xüsusilə önəmlidir:
"Eyni zamanda Milli Məclisin Komitələrində müzakirələr zamanı səsləndirilən müəyyən təkliflərin də layihədə əksini tapması vacib hesab edilən məqamlardandır. Büdcə layihəsinin peşəkar şəkildə hazırlanmasında əməyi olan Maliyyə nazirliyi və digər aidiyyəti qurumlarımıza təşəkkürümü bildirirəm. Həqiqətən də, Konstitusiyamızın 30, Şanlı Zəfərimizin 5 illiyini qeyd etdiyimiz Konstitusiya və Suverenlik ilində tariximizin ən böyük büdcəsinin müzakirə edilməsi qürurvericidir".
"Yaxın regionlarda davam edən münaqişələr, dövlətlərarası tarif siyasətində dəyişikliklər fonunda sevindirici haldır ki, ölkəmizdə makroiqtisadi, fiskal stabillik qorunmuş və iqtisadiyyatımızda artım tempi davamlı olaraq müşahidə edilir. Prezidentimiz tərəfindən də qeyd olunduğu kimi, "Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir və bizim iqtisadiyyatımız özünü təmin edir", - deyə Z.Şükürov əlavə edib.
Onun sözlərinə görə, 38,6 milyard manat gəlirin və 41,7 milyard manat xərcin proqnozlaşdırıldığı büdcə layihəsində xüsusilə diqqət çəkən məqamlardan biri büdcənin sosialyönümlü olmasıdır: "2025-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə 0,7 %, 2024-cü ilin icrası ilə müqayisədə 10,6 % çox olan büdcə xərclərinin 41 %-nin, cari xərclərin isə 68 %-nin, ümumilikdə 17,1 milyard manat vəsaitin sosialyönümlü xərclərə yönəldilməsi nəzərdə tutulur və bu rəqəm 2024-cü ilin icrası ilə müqayisədə 2,5 milyard manat və yaxud 17 % çoxdur. Büdcədə müdafiə və milli təhlükəsizlik xərclərinin 8,7 milyard manat, cari illə müqayisədə 319 milyon manat çox vəsait proqnozlaşdırlması strateji əhəmiyyət kəsb edən yanaşmadır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizin bərpa və quruculuq işlərinə gələn il 3,5 milyard manat vəsait nəzərdə tutulması xüsusilə vacib məqamlardan biridir".
"Prezident İlham Əliyevin mükəmməl liderliyi ilə dövlətimizin beynəlxalq miqyasda nüfuzunun davamlı şəkildə artması və bu xüsusda, ölkə başçısının qarşıya qoyduğu vəzifələrin icrasının həyata keçirilməsi məqsədilə ölkəmizin beynəlxalq sahədə fəaliyyətinin etibarlı maliyyə təminatı vacib əhəmiyyət kəsb edir. 2026-ci ildə diplomatik nümayəndəliklərin xərclərinin 5 % artırılaraq 215 milyon manata çatdırılması bu baxımdan təqdirəlayiqdir. Digər mühüm bir məqam isə, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının davamlı olaraq artmasıdır ki, bu da öz növbəsində gələcəkdə neft-qaz sektorundan asılılığın azaldılmasına, ölkə iqtisadiyyatının şaxələndirilməsinə, habelə dayanıqlı, sabit və daha dəqiq proqnozlaşdırla bilən büdcə siyasətinin həyata keçirilməsinə imkan verən mühüm faktorlardandır".
16:57 / 19 May 2026
1
16:44 / 19 May 2026
22
16:39 / 19 May 2026
48
16:38 / 19 May 2026
22
16:36 / 19 May 2026
27
16:35 / 19 May 2026
27
16:30 / 19 May 2026
74
16:21 / 19 May 2026
117
16:20 / 19 May 2026
33
16:18 / 19 May 2026
54
16:11 / 19 May 2026
67
16:07 / 19 May 2026
45
15:57 / 19 May 2026
363
15:52 / 19 May 2026
76
15:51 / 19 May 2026
40
15:44 / 19 May 2026
41
15:39 / 19 May 2026
185
15:36 / 19 May 2026
46
15:31 / 19 May 2026
51
15:26 / 19 May 2026
205
15:23 / 19 May 2026
53
15:20 / 19 May 2026
225
15:14 / 19 May 2026
43
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.