Qaynar xətt:

(+99450) 247 90 86

11 gün İŞ OLMAYACAQ 

11 gün İŞ OLMAYACAQ 

CƏMİYYƏT

911

02.12.2025, 18:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gələn il Novruz və Ramazan bayramları eyni günlərdə qeyd olunacaq.

Oxu24.com  xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən, həmin bayramlarla əlaqədar 11 gün qeyri-iş günü olacaq.

Belə ki, 2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.

Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab olunur. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri - 27 və 30 mart da qeyri-iş günləri olacaq.

Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləri olacaq.