Deputat anası ilə FOTOSUNU PAYLAŞDI
15 Noyabr 2026, 19:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
671
02.12.2025, 11:50
"İpək Yolu Mədəni və Tarixi Araşdırmalar" İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu və Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə ərsəyə gətirdiyi "Sanqi Sur - Zəngəzurdan keçən yol..." sənədli filminin təqdimatı keçirilib. Modern.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzində keçirilən təqdimat mərasimində ictimaiyyət nümayəndələri, ziyalılar, diplomatik mərkəzlərin təçsilçiləri iştirak ediblər.
İctimai Birliyin rəhbəri Aida Eyvazlı Göytürkün ssenari əsasında təqdim olunan “Sanqi Sur –Zəngəzurdan keçən yol...” sənədli filmi türk tarixinin üstünü toz basmış, çox az araşdırılmış Zəngi tayfalarının tarixi haqqında yeni araşdırmadır. Qısa filmdə Zəngi tayfalarının ilk dəfə yaşadığı və yayıldıqları ərazilər, eybi zamanda göstərdikləri qəhrəmanlıqlar və Azərbaycana bağlılıqlarından bəhs olunur. Filmdə Misir, Özbəkistan, Azərbaycandan olan alimlər və araşdırmaçılar öz fikirlərini bölüşüblər. Türkoloq alim Firudin Cəlilov, AMEA-nın baş elmi işçisi Ramin Əlızadə, Səmərqənd Dövlət Universitetinin dekanı Hazratkul Abroyev, araşdırmaçı jurnalist Hokim Sattori, misirli araşdırmaçı Əhməd Tarbik Zəngi tayfaları haqqında əsaslı məlumatlar veriblər.
Sənədli filmin bir hissəsi həm də Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində çəlkilib.
Təqdimat mərasimində çıxış edən Qırğızıstanın Azərbaycandakı səfiri cənab Maqsad Mamutkulov, Özbəkistanın Azərbaycandakı səfirinin müşaviri Sancar Mahmudov bildirdilər ki, Türk Dövlətləri Təşkilatının təşəkkül tapdığı bir dövrdə belə tarixi filmin nümayiş olunması gizli türk tarixinə bir işıq salır. Mərkəzi Asiya, Misir və Azərbaycandan bəhs edən tarixi örnəklər oxşar taleli, oxşar xalqların qədim əlaqələrini sübut edir. Diplomatlar eyni zamanda filmin qırğız və özbək dilinə tərcümə edilməsinin vacibliyini vurğulayıblar.
Filmin layihə rəhbəri Aida Eyvazlı Göytürk bildirdi ki, Azərbaycan Respublikası Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə "Özbəkistan və Azərbaycanda yaşayan Zəngi tayfaları: Zəngəzur-Zəngiata türk yurdları" layihəsi əsasında ərsəyə gələn filmin ictimai yükü çox ağırdır. “Sanqi Sur- Zəngəzurdan keçən yol...” sənədli filmi həm də türk dünyasının yol xəritəsidir. Bu yolların Zəngəzurdan başlanması və ya Zəngəzura getməsinin sirrini qoruyub saxalayan kitabələrimiz, qədim arxivlərimiz vardır. Bu sənədli film açılmaq ərəfəsində olan Zəngəzura gedən ilk müjdədir. Biz başladıq ki, davamı gəlsin. Biz bir türk ailəsi kimi əl-ələ verib, eyni arzu, eyni istəklə bu yola çıxarıqsa, üstünü toz basmış tariximizin tozunu silərək, çox möhtəşəm qəhrəmanlıqları və traixi həqiqətləri üzə çıxarmış olarıq”.
Türküstan.az saytının redaktoru Aqil Camal Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Naxçıvanda elan olunmasından, terk tarixini araşdıran ictimai birliklərə göstərilən etimad və dəstəkdən danışdı.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev filmin bu günümüzlə, türk dünyasının çağırışları ilə səsləndiyini, gənc nəslin yeni araşdırmalar aparması, öyrənməsi üçün gözəl dərs vəsaiti olduğunu bildirib.
Filmin redaktoru Vəli Əkbər filmin redaktoru, ssenari müəllifi və layihə rəhbəri Aida Eyvazlı Göytürk, quruluşçu rejissoru Vusal Orucov, rejissoru Rəna Yunuslu, operatorlar Fariz Şıxaəlizadə və Rüstəm Abdullayev, montajçı Rauf Əzimovdur.
Sonda filmin ekranlaşdırılmasına dəstək verən qurumlara "Təşəkkürnamə" təqdim olunub. Təltif olunanlar arasında Oxu24.com da yer alıb.
19:51 / 15 Noyabr 2026
57
19:37 / 15 Noyabr 2026
49
19:17 / 15 Noyabr 2026
62
19:09 / 15 Noyabr 2026
69
18:40 / 15 Noyabr 2026
82
18:05 / 15 Noyabr 2026
122
17:53 / 15 Noyabr 2026
1393
17:43 / 15 Noyabr 2026
654
17:16 / 15 Noyabr 2026
541
17:12 / 15 Noyabr 2026
2723
17:09 / 15 Noyabr 2026
106
15:50 / 15 Noyabr 2026
122
15:25 / 15 Noyabr 2026
155
15:15 / 15 Noyabr 2026
142
14:47 / 15 Noyabr 2026
201
14:34 / 15 Noyabr 2026
393
14:25 / 15 Noyabr 2026
162
14:19 / 15 Noyabr 2026
138
14:02 / 15 Noyabr 2026
541
13:27 / 15 Noyabr 2026
403
12:55 / 15 Noyabr 2026
1828
12:36 / 15 Noyabr 2026
453
12:28 / 15 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.