Deputat anası ilə FOTOSUNU PAYLAŞDI
15 Noyabr 2026, 19:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
706
01.12.2025, 23:26
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan M.Ə.Rəsulzadənin övladlarının həyatı onun öz ömründən də keşməkeşli olub.
Oxu24.com bu paylaşımda onun 4 övladının başına gələn olayları qısa şəkildə nəzərinizə çatdırır:
Qızı Lətifə 1910-cu ildə anadan olub. 1929-cu ildə əslən Lahıcdan olan Damad Müslümzadə ilə ailə qurub.
1939-cu ildə həyat yoldaşını "Müsavat" Partiyası ilə əlaqə saxladığına görə həbs ediblər.
1941-ci ildə isə Lətifə xanımı övladları Firuzə və İşvə ilə birlikdə Qazaxıstana, Semipalatinsk vilayətinə sürgünə göndəriblər. Üçüncü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılıb. Lətifə xanımla qızı İşvə Qazaxıstanda 1943-cü ildə soyuqdan və aclıqdan donub ölür. Firuzə isə təsadüfən sağ qalır. Lətifənin Bakıda qalan qızı Sonadan isə heç bir xəbər alınmır. Ehtimala görə, o da xəstəlikdən sağalmayıb və dünyasını dəyişib.
Digər qızı Xalidə 1916-cı ildə doğulub, anasının ölümündən sonra Qazaxıstanda – Taldı-Kurqanda qala bilmir. Həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçaraq Bakıya gəlir. Bir müddət Seyid Hüseynin evində qalır, sonra həmin ünvanın nəzarətdə olduğunu hiss edib, Şamaxı istiqamətinə gedir və sonradan onun barəsində heç bir məlumat qeydə alınmır.
Oğlu Rəsul 1914-cü ildə dünyaya gəlib.Texnikumda təhsil alıb. Rəsulun şeir yazmaq istedadı da olub. 1934-cü ildən etibarən təqib edilib. 1938-ci ilin yanvarın 15-də Novxanıdakı bağlarında həbs olunub. Saxlanılmasına əsas belədir: "Məhəmməd Əmin Rəsulzadənin oğludur" və "əksinqilabi iş aparıb". İki dəfə dindirilib, Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının Üçlüyünün qərarı ilə 1 mart 1938-ci il qərarı ilə 6 mart 1938-də 24 yaşında güllələnib, əmlakı da müsadirə edilib, yalnız 27 oktyabr 1989-cu ildə bəraət alıb.
Oğlu Azər- Məhəmməd Əmin Rəsulzadə həbsdə olarkən, 1920-ci ildə doğulub.
M.Ə.Rəsulzadə Stalin onu Moskvaya apararkən evə gedib, ailəsi ilə görüşə bilib. İki aylıq uşağın adını dəyişərək (əvvəl adı Əliheydər olub) Azər qoyub. 1937-ci ildə sürgünə göndərilən Azər 1993-cü ildə Qazaxıstanda, Karaqandada dünyasını dəyişib. Novxanı qəbristanlığında dəfn edilib...
ALLAH RƏHMƏT ELƏSİN!
20:09 / 15 Noyabr 2026
1
19:51 / 15 Noyabr 2026
110
19:37 / 15 Noyabr 2026
59
19:17 / 15 Noyabr 2026
64
19:09 / 15 Noyabr 2026
70
18:40 / 15 Noyabr 2026
85
18:05 / 15 Noyabr 2026
124
17:53 / 15 Noyabr 2026
1501
17:43 / 15 Noyabr 2026
676
17:16 / 15 Noyabr 2026
554
17:12 / 15 Noyabr 2026
2865
17:09 / 15 Noyabr 2026
106
15:50 / 15 Noyabr 2026
124
15:25 / 15 Noyabr 2026
156
15:15 / 15 Noyabr 2026
143
14:47 / 15 Noyabr 2026
202
14:34 / 15 Noyabr 2026
395
14:25 / 15 Noyabr 2026
164
14:19 / 15 Noyabr 2026
139
14:02 / 15 Noyabr 2026
544
13:27 / 15 Noyabr 2026
406
12:55 / 15 Noyabr 2026
1837
12:36 / 15 Noyabr 2026
458
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.