Bakıda bu yollarda sıxlıq var - SİYAHI
16 Noyabr 2026, 08:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3712
01.11.2025, 00:16
Elm və Təhsil Nazirliyinin Ramiz Mehdiyevlə bağlantıları müzakirə obyekti olub. Bu barədə sabiq deputat Etibar Əliyev ilginc iddialar səsləndirib.
Oxu24.com xəbər verir ki,o bildirib ki, nazirlik “Savad” Məhdud Məsuliyyətli Cəmiyyətə ildə təxminən 1 milyon manatdan çox vəsait ayırır və bu təşkilatın rəhbəri Məhəbbət Vəliyeva Ramiz Mehdiyevin ən yaxın adamlarından biridir.
Sitat: “Mehriban Vəliyeva həm də Mehdiyevin oğlu Teymur Mehdiyevin sahibi olduğu “Şərq – Qərb” nəşriryyatına iri məbləğdə pulların verilməsinə vasitəçilik edir və faktiki olaraq bu nəşriyyatın şəriklərindən biridir. Təhsil nazirliyi 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi açıq tenderdə “Şərq-Qərb” ASC qalib elan edib. Ramiz Mehdiyevin şirkətinə 36 milyon 108,1 min manat vəsait ödəyib. 2024-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Şərq-Qərb”lə 2 milyon 535 min 277 manat dəyərində müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında 7-9-cü siniflər üzrə böyük ölçülü dərsliklər hazırlayacaq”.
Sözügedən nəşriyyatla bağlı nələr bilinir? Bu faktlarda reallıq payı nə qədərdir?
Globalinfo.az-a danışan təhsil eksperti Elşən Qafarov deyib ki, uzun illərdir “Şərq-Qərb” nəşriyyatı dərsliklərin çapı sahəsində dominant mövqe tutur:
“İctimai müzakirələrdə qeyd edilir ki, təhsil sistemində yaranmış problemlər, idarəetmədə qeyri-şəffaflıq iddiaları səbəbindən elm və təhsil naziri Emin Əmrullayev bu sahədə tənqidlərə cavab verməkdə çətinlik çəkir. Təhsil büdcəsinin idarə edilməsində şəffaflığın təmin olunmaması, müəyyən şirkətlərlə əməkdaşlıqda obyektivlik məsələləri suallar doğurur. Bu sahədə geniş audit aparılacağı təqdirdə, ciddi maliyyə pozuntuları üzə çıxacaq. Hazırda təhsil büdcəsi dövlət xərcləmələri arasında ən iri istiqamətlərdən biridir. Buna baxmayaraq, sözügedən sistemin səmərəliliyi aşağıdır, vəsaitlərin bir hissəsi gərəksiz layihələrə yönləndirilir”.
Ekspert bildirib ki, bir sıra ictimai-siyasi nəzarət institutları, o cümlədən Hesablama Palatası və Maliyyə Nazirliyi geniş araşdırmalar aparsa, böyük həcmdə dövlət vəsaitinin səmərəsiz xərclənməsi faktı üzə çıxacaq:
“Təhsil sahəsi bu gün cəmiyyətdə ən çox narazılıq doğuran istiqamətlərdən biridir. Əgər aidiyyəti dövlət qurumları mənimlə əməkdaşlıq etməyə hazır olarsa, məktəbəqədər və ümumtəhsil səviyyəsində vəsaitlərin xərclənməsi ilə bağlı əlavə faktlar təqdim etməyə hazıram”.
08:45 / 16 Noyabr 2026
1
08:42 / 16 Noyabr 2026
15
08:32 / 16 Noyabr 2026
40
08:21 / 16 Noyabr 2026
49
08:01 / 16 Noyabr 2026
54
00:08 / 16 Noyabr 2026
175
23:41 / 15 Noyabr 2026
208
23:35 / 15 Noyabr 2026
331
23:32 / 15 Noyabr 2026
158
23:07 / 15 Noyabr 2026
568
22:43 / 15 Noyabr 2026
1554
22:34 / 15 Noyabr 2026
202
22:24 / 15 Noyabr 2026
165
22:05 / 15 Noyabr 2026
1302
21:57 / 15 Noyabr 2026
739
21:37 / 15 Noyabr 2026
1635
21:07 / 15 Noyabr 2026
1625
20:58 / 15 Noyabr 2026
773
20:55 / 15 Noyabr 2026
302
20:44 / 15 Noyabr 2026
493
20:39 / 15 Noyabr 2026
178
20:30 / 15 Noyabr 2026
215
20:09 / 15 Noyabr 2026
671
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.