APA-nın yaranmasından 22 il ötür
16 Noyabr 2026, 08:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
604
31.10.2025, 16:17
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı araşdırma aparır.
Oxu24.com xəbər verir ki, “haqqin.az” saytının məlumatına görə, araşdırma təkcə Ramiz Mehdiyevin deyil, həm də hazırkı AMEA Prezidenti İsa Həbibbəylinin və daha əvvəl quruma rəhbərlik etmiş Akif Əlizadənin fəaliyyətini əhatə edir. İstintaq AMEA-da mənimsəmə və ya vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının olub-olmadığını müəyyən edir.
Əvvəllər AMEA-da baş vermiş qanun pozuntuları ilə bağlı cinayət işləri müxtəlif illərdə açılıb və Baş İdarə tərəfindən araşdırılıb.
Xatırladaq ki, Baş prokuror Kamran Əliyev oktyabrın 1-də mediaya açıqlamasında AMEA-da baş vermiş qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparıldığını bildirib. O bildirib ki, cinayət işləri bir neçə istiqamətdə araşdırılır: "Məndə olan məlumata görə, bəzi işlər üzrə ibtidai istintaq artıq başa çatıb və işlər baxılması üçün məhkəməyə göndərilib". Hazırda adı çəkilən qurumda baş vermiş qanun pozuntuları ilə bağlı başqa bir cinayət işi üzrə ibtidai istintaq davam edir.
Bundan əlavə, hazırda ev dustaqlığında olan Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işlədiyi dövrdə baş vermiş mənimsəmə ilə bağlı keçmiş millət vəkili Elton Məmmədovun da istintaqa cəlb edildiyi bildirilir. Prokurorluq Elton Məmmədova qarşı da cinayət işi aparır.
08:54 / 16 Noyabr 2026
1
08:45 / 16 Noyabr 2026
36
08:42 / 16 Noyabr 2026
40
08:32 / 16 Noyabr 2026
46
08:21 / 16 Noyabr 2026
52
08:01 / 16 Noyabr 2026
58
00:08 / 16 Noyabr 2026
175
23:41 / 15 Noyabr 2026
208
23:35 / 15 Noyabr 2026
332
23:32 / 15 Noyabr 2026
158
23:07 / 15 Noyabr 2026
570
22:43 / 15 Noyabr 2026
1565
22:34 / 15 Noyabr 2026
204
22:24 / 15 Noyabr 2026
165
22:05 / 15 Noyabr 2026
1305
21:57 / 15 Noyabr 2026
740
21:37 / 15 Noyabr 2026
1647
21:07 / 15 Noyabr 2026
1640
20:58 / 15 Noyabr 2026
775
20:55 / 15 Noyabr 2026
304
20:44 / 15 Noyabr 2026
496
20:39 / 15 Noyabr 2026
178
20:30 / 15 Noyabr 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.