ŞAD XƏBƏR - Azərbaycanda bu şəxslər metro və avtobusdan PULSUZ istifadə edə bilər
12 Noyabr 2025, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2159
31.10.2025, 17:28
Oxu24.com saytı bundan öncə Ramiz Mehdiyevin Prezident Administrasiyanın rəhbəri olan dövrdə məmurlara və millət vəkillərinə qoyduğu qadağa ilə bağlı məlumat vermişdi.Söhbət Ramiz Mehdiyevin imzası ilə Ali Attestasiya Komissiyasına daxil olan məktubdan gedir. Həmin məktubda vəzifə tutan şəxslərin,millət vəkillərinin elmi ad almaları,elmi iş müdafiə etmələri qadağan olunması göstərişi verilmişdi.Bu,qadağa uzun illərdir ki,öz qüvvəsini saxlayır.Bu gün Ramiz Mehdiyev vəzifədə olmasa da,vaxtı ilə onun göstərişi ilə tətbiq olunan qadağa hələ də öz qüvvəsində qalmaqdadır.
Oxu24.com-un əldə etdiyi məlumata görə,R.Mehdiyevin bu qadağasından əziyyət çəkənlərdən biri də millət vəkili Ceyhun Məmmədovdur.
Əldə etdiyimiz məlumata görə,millət vəkili elmi ad almaq üçün doktorluq dissertasiyası müdafiə etmək istəsə də,buna icazə verilməyib. Bu,səbəbdən də Ceyhun Məmmədov 2013-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində tutduğu vəzifədən uzaqlaşmaq məcburiyyətində qalıb.Bundan sonra o,elmi iş üzrə müdafiə üçün sənədlərini Ali Attestasiya Komissiyasına təqdim edə bilib.
Qeyd olunan məsələlərlə bağlı CityPost.az millət vəkili ilə danışıb.
Həmçinin oxuyun
O,sayta açıqlamasında uzun illərdir ki,Ramiz Mehdiyevin bu qadağasından əziyyət çəkdiyini deyib.
“Mən özüm də 10 ilə yaxın bir çox elmlə məşğul olan insanlar kimi həmin problemdən əziyyət çəkmişəm.O zaman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışırdım.Buna görə haqsız yerə müdafiəyə buraxılmadım.AAK-nın rəhbər şəxsləri ilə görüşlər keçirəndən sonra elmi iş müdafiə etməyimə icazə verildi.Amma,sonrakı dövrdə buna dair rəsmi sənəd almağıma əngəl törədildi.Ramiz Mehdiyevin AAK-ya yazdığı məktuba görə,fəlsəfə doktoru olmağıma dair diplomumu almağım 10 ilə qədər bir dövrü əhatə etdi.
Sonuncu dəfə AAK rəhbərliyi ilə danışıqlar aparan zaman mənə açıq-aşkar bildirildi ki,alimlik dərəcəsini almaq barəsindəki diplomu əldə etmək üçün konkret olaraq tutduğum Dövlət qulluğundan könüllü azad olmalıyam.Nəhayət,2013-cü ilin əvvəllərində qərara gəldim ki, AAK-dan diplomumu əldə etmək üçün Dini İşlər üzrə Dövlət Komitəsindəki vəzifəmdən ayrılım.Yalnız vəzifəmdən ərizəmlə uzaqlaşandan sonra illərlə əziyyət çəkib,elmi iş müdafiə eləməyimə dair diplomumu ala bildim.Onu da deyim ki, hətta Dövlət qulluğundan azad olunmağıma dair əmək kitabçamın surətini təqdim etməyənə qədər AAK-dan diplomumu mənə vermirdilər.Ağrılısı odur ki,Ramiz Mehdiyev tərəfindən alimlik dərəcəsi almaq üçün Dövlət qulluqçularına və millət vəkillərinə qoyulan qadağa və məhdudiyyət hələ də qüvvədədir.Mən hazırda ikinci doktorluq işimi yazıb,tamamlamışam.Amma,R.Mehdiyevin qərəzli məktubunu əsas gətirərək müvafiq orqandan mənə bildirirlər ki,siz millət vəkili fəaliyyətinizi davam etdirdiniz üçün müdafiəyə buraxıla bilməzsiniz.Maraqlısı odur ki, bu gün də AAK -da Ramiz Mehdiyevin məlum məktubunu əsas gətirərək Dövlət qulluğunda çalışanlara və millət vəkillərinə elmi işlə məşğul olmaq,elmi ad almaq imkanı verilmir.Mən özüm millət vəkili olmaqla yanaşı,həm də pedajoji fəaliyyətlə məşğulam.Mənim kimi anoloji fəaliyyətlə məşğul olan həmkarlarım var.Lakin,millət vəkili olduqları üçün elmi işlə məşğul olmalarına AAK-ya yazılmış həmin məktub maneə yaradır.Həmin qərəzli məktub elmimizin inkişafına,elmə olan marağa,elmlə məşğul olmaq istəyən Dövlət strukturlarında çalışan insanların qarşısında bu gün də süni baryer yaradır.Bu problemlə üzləşmiş insan kimi mən deyə bilərəm ki, elmlə məşğul olmaq istəyən Dövlət strukturlarında çalışan yüzlərlə istedadlı insanlar var,onlar dövlətçilik naminə elmlə məşğul olmaqla faydalı işlər ərsəyə gətirə bilərlər.Məhz,bu mənada hesab edirəm ki,Ramiz Mehdiyev tərəfindən elmin inkişafına qoyulmuş qadağanın aradan qaldırılmasına ciddi ehtiyac var".
Miri Məcidli
23:56 / 12 Noyabr 2025
1
23:16 / 12 Noyabr 2025
119
23:09 / 12 Noyabr 2025
48
23:06 / 12 Noyabr 2025
30
23:00 / 12 Noyabr 2025
42
22:20 / 12 Noyabr 2025
332
22:11 / 12 Noyabr 2025
576
21:25 / 12 Noyabr 2025
64
20:45 / 12 Noyabr 2025
60
20:10 / 12 Noyabr 2025
259
20:08 / 12 Noyabr 2025
2002
20:01 / 12 Noyabr 2025
190
18:25 / 12 Noyabr 2025
193
18:23 / 12 Noyabr 2025
148
18:05 / 12 Noyabr 2025
249
18:05 / 12 Noyabr 2025
98
17:41 / 12 Noyabr 2025
707
17:34 / 12 Noyabr 2025
145
17:29 / 12 Noyabr 2025
242
17:24 / 12 Noyabr 2025
142
17:15 / 12 Noyabr 2025
418
16:50 / 12 Noyabr 2025
102
16:40 / 12 Noyabr 2025
100
16:35 / 12 Noyabr 2025
114
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.