Nazirlər Kabinetindən mühüm QƏRAR
09 Oktyabr 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
603
30.10.2025, 14:37
Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.
Oxu24.com xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb.
Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Zərnətün kəndində anadan olub. O, orta təhsilini Biçənək kənd yeddiillik məktəbində və Çayşahbuz onbirillik məktəbində alıb, 1963-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olub, 1967-ci ildə təhsilini başa vurub.
1971-ci ilədək Şahbuz rayon Aşağı Qışlaq kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib, 1972-ci ildə müsabiqə yolu ilə V.İ.Lenin adına APİ-nin Naxçıvan filialına müəllim keçib. Azərbaycan SSR EA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektolojiya şöbəsinin dissertantı olub, "Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası" mövzusunda namizədlik işi müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Ə.Muxtaroğlu Naxçıvan Dövlət Universitetinin "Azərbaycan dilçiliyi" və Naxçıvan Müəllimlər İnstitutunun "Dillər və ədəbiyyat" kafedralarının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
13:41 / 09 Oktyabr 2026
1
13:34 / 09 Oktyabr 2026
45
13:31 / 09 Oktyabr 2026
35
13:27 / 09 Oktyabr 2026
43
13:13 / 09 Oktyabr 2026
114
13:10 / 09 Oktyabr 2026
54
13:03 / 09 Oktyabr 2026
64
13:00 / 09 Oktyabr 2026
55
13:00 / 09 Oktyabr 2026
69
12:55 / 09 Oktyabr 2026
64
12:54 / 09 Oktyabr 2026
998
12:50 / 09 Oktyabr 2026
62
12:47 / 09 Oktyabr 2026
78
12:37 / 09 Oktyabr 2026
83
12:35 / 09 Oktyabr 2026
72
12:27 / 09 Oktyabr 2026
75
12:15 / 09 Oktyabr 2026
62
12:10 / 09 Oktyabr 2026
68
12:06 / 09 Oktyabr 2026
560
12:00 / 09 Oktyabr 2026
128
11:52 / 09 Oktyabr 2026
61
11:44 / 09 Oktyabr 2026
379
11:38 / 09 Oktyabr 2026
1248
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.