Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
09 Oktyabr 2026, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7567
27.10.2025, 09:18
İyun ayında Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilən general-polkovnik Bəylər Eyyubovun Prezident Katibliyinin rəisi təyin olunması xəbəri təsdiqlənib. Artıq Azərbaycan Prezidentinin rəsmi saytında bu barədə məlumat yer alıb.
Bəylər Eyyubov burada Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsini daşıdığı qeyd olunub.
Prezidenti Katibliyinin rəisinin hansı vəzifələr daşıdığı, əsas səlahiyyətlərinin nələr olduğu hələlik məlum deyil.
Oxu24.com xəbər verir ki,Modern.az-ın məlumatına görə, bu vəzifə əvvəllər də Prezident Administrasiyasının sturuktunda mövcud olub.
1993-1999-cu illərdə Prezident Katibliyinin rəisi Eldar Namazov tutub. Onu bu vəzifəyə Ümumilli Lider Heydər Əliyev təyin etmişdi.
Eldar Namazov, həmçinin Prezidentin xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə köməkçisi vəzifəsini daşıyırdı.
O, vəzifədən ayrıldıqdan sonra ictimai-siyasi fəaliyyətini davam etdirib.
Eldar Namazovdan sonra sözügedən vəzifəyə Dilarə Seyidzadə təyin edilib. O, həmin vaxtıda Katibliyin rəisinin müavini idi.
Dilarə Seyidzadə 1939-cu il oktyabrın 25-də Bakı şəhərində anadan olub. 1993–1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində Böyük məsləhətçi, 1997–1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, 1998–1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Katibliyi rəisinin müavini vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1999-cu il tarixli Sərəncamı ilə Prezident Katibliyinin rəisi — Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.
O, 2019-cu ildə vəzifəsindən azad edilib və Prezident Katibliyinin rəisi vəzifəsi ləğv edilib.
22:31 / 09 Oktyabr 2026
1
22:27 / 09 Oktyabr 2026
24
22:13 / 09 Oktyabr 2026
35
21:58 / 09 Oktyabr 2026
54
21:54 / 09 Oktyabr 2026
40
21:52 / 09 Oktyabr 2026
60
21:45 / 09 Oktyabr 2026
67
21:33 / 09 Oktyabr 2026
71
21:30 / 09 Oktyabr 2026
62
21:23 / 09 Oktyabr 2026
94
21:15 / 09 Oktyabr 2026
82
21:10 / 09 Oktyabr 2026
163
21:10 / 09 Oktyabr 2026
1609
20:59 / 09 Oktyabr 2026
66
20:55 / 09 Oktyabr 2026
73
20:42 / 09 Oktyabr 2026
90
20:28 / 09 Oktyabr 2026
111
20:12 / 09 Oktyabr 2026
82
20:01 / 09 Oktyabr 2026
89
19:49 / 09 Oktyabr 2026
78
19:38 / 09 Oktyabr 2026
80
19:25 / 09 Oktyabr 2026
185
19:20 / 09 Oktyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.