Emil Rəhimov DVX-də baş idarə rəisi təyin olundu
10 Oktyabr 2026, 02:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7524
20.10.2025, 11:38
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sağlamlıq və əməyin mühafizəsi sahəsində növbəti mühüm addım ataraq, şirkət tarixində ilk dəfə "İşin icrasına icazə" sistemini elektron formada tətbiq etməyə başlayıb.
Oxu24.com SOCAR-a istinadən xəbər verir ki, bu yenilik istehsalat obyektlərində təhlükəsizliyin daha səmərəli təşkilinə və əməliyyat intizamının gücləndirilməsi imkan verəcək.
Yeni elektron "İşin icrasına icazə" sistemini sənayedə aparıcı beynəlxalq şirkətlərdən biri hazırlayaraq SOCAR-da uğurla tətbiq edib. Sistem işin planlaşdırılması, risklərin qiymətləndirilməsi və icra prosesinin izlənilməsi mərhələlərini vahid rəqəmsal platformada birləşdirir. Bu, təhlükəsizlik tələblərinin tam yerinə yetirilməsinə, resursların səmərəli istifadəsinə və qərarvermə proseslərinin operativliyinə imkan yaradır.
"İşin icrasına icazə" sistemi elektron formada ilk olaraq SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "Abşeronneft" Neft və qazçıxarma idarəsində tətbiq edilib. Layihə işə nəzarət prinsiplərinə əsaslanır və bütün əməliyyatların koordinasiyalı, nəzarət altında və müəyyən olunmuş qaydalar çərçivəsində icrasını təmin edir.
Elektron "İşin icrasına icazə" sisteminin tətbiqi ilə yanaşı, enerji sistemlərinin təcrid edilməsi (LOTO) mexanizmləri də yenilənib. Bu, əməliyyatlarda insan etibarlılığının yüksəldilməsinə, potensial risklərin vaxtında aradan qaldırılmasına və istehsalat proseslərinin daha təhlükəsiz şəkildə idarə olunmasına şərait yaradır.
"İşin icrasına icazə" sisteminin rəqəmsal müstəviyə keçirilməsi SOCAR-ın rəqəmsallaşma strategiyasının mühüm tərkib hissəsidir. Bu təşəbbüs sayəsində əməliyyatlarda şəffaflıq, nəzarət və məsuliyyət prinsipləri daha da gücləndirilir, təhlükəsizlik mədəniyyəti isə davamlı inkişaf yoluna çıxarılır.
SOCAR bu yeniliklə əməliyyat mükəmməlliyi və proses təhlükəsizliyi sahəsində sənayedə mövqeyini möhkəmləndirir və göstərir ki, texnoloji inkişafla təhlükəsizlik dəyərlərinin uzlaşması şirkətin gələcək uğurlarının əsasını təşkil edir.
02:13 / 10 Oktyabr 2026
165
00:16 / 10 Oktyabr 2026
167
23:59 / 09 Oktyabr 2026
165
23:57 / 09 Oktyabr 2026
2079
23:54 / 09 Oktyabr 2026
1056
23:51 / 09 Oktyabr 2026
208
23:49 / 09 Oktyabr 2026
110
23:44 / 09 Oktyabr 2026
151
23:39 / 09 Oktyabr 2026
193
23:27 / 09 Oktyabr 2026
1270
23:25 / 09 Oktyabr 2026
109
23:22 / 09 Oktyabr 2026
111
23:17 / 09 Oktyabr 2026
91
23:03 / 09 Oktyabr 2026
103
22:57 / 09 Oktyabr 2026
102
22:47 / 09 Oktyabr 2026
104
22:31 / 09 Oktyabr 2026
89
22:27 / 09 Oktyabr 2026
99
22:13 / 09 Oktyabr 2026
134
21:58 / 09 Oktyabr 2026
111
21:54 / 09 Oktyabr 2026
101
21:52 / 09 Oktyabr 2026
100
21:45 / 09 Oktyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.